adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Oktyabr 2017 17:04
20483
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Çinin siyasi tarixindən danışıldı

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çin Xalq Respublikasının yaranmasının tarixi” mövzusunda Çin Xalq Respublikasının yaranmasının 68 illiyi – milli bayramına həsr olunmuş tələbə elmi seminarı keçirilib.


Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin Xalq Respublikasının yaranmasının tarixi səbəbləri və bu hadisənin XX əsrin dünya siyasi tarixində əhəmiyyətindən danışaraq, Çin Kommunist Partiyası və ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun Çin tarixindəki rolu üzərində xüsusilə dayanıb.


Seminarda çıxış edən ADU-nun tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, yerli xalqın vahid müstəqil Çin uğrunda mübarizəsi, xalq inqilabının qələbəsi, ÇXR-in yaranması və Çində sosializm quruculuğu haqqında danışıblar.