adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Oktyabr 2017 16:48
11290
GÜNDƏM
A- A+

Azərbaycanın hərbi gəmiləri İrana gedib - Video

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

MN-dən Adalet.az-a verilən xəbərə görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizinİranınXəzərdənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.