adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Oktyabr 2017 15:56
13052
ƏDƏBİYYAT
A- A+

Yazıçını öz arzusu ilə öldürdülər

Belçikada fransız yazıçı Enn Bertə qarşı evtanaziya həyata keçiriblər. Enn Berti öz arzusuna əsasən letal inyeksiya ilə öldürüblər.


Adalet.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ədib 59 yaşında xəstəxanalardan birində vəfat edib. Xəstə son bir neçə ayı prosedurun aparılması üçün icazə almağa sərf edib. Belçikada evtanaziya 2002-ci ildə qanuniləşdirilib.

 

2015 –ci ildə Bertə birtərəfli amiotrofik skleroz diaqnozu qoyulub. 2017-ci ildə o, Fransa prezidentinə öz ölkəsində evtanaziyanı həyata keçirmək üçün icazə istəyib.

 

Enn Bert "Mirvari”, "Su və dodaq”, "Lənətli cazibədarlıq” kimi erotik əsərlər müəllifidir.