adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Oktyabr 2017 16:50
9253
HADİSƏ
A- A+

FHN Şamaxıda itən əcnəbiləri tapdı - Yenilənib

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.

Adalet.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər.

Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

**

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.


FHN-dən verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub.