adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Oktyabr 2017 15:25
15115
SİYASƏT
A- A+

Həmsədrlər Bakıya prezidentlərin görüşünə görə gəlirlər - Elmar Məmmədyarov

ATƏT-in Minsk qrupunun həmsədrləri cümə günü İrəvana, şənbə günü isə Bakıya səfər edəcəklər.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, həmsədrlər regiona prezidentlərə görüş təklif etmək üçün gəlirlər.

"Həmsədrlərin bəyan etdiyi kimi biz görüşlərin substantiv və nəticəli olmasını istəyirik. Onlar təklif edirlər ki, prezidentlərin görüşündən sonra məntiqli danışıqlar keçirək və məsələni yerindən tərpədək"- Məmmədyarov deyib.