adalet.az header logo
  • Bakı 17°C
03 Oktyabr 2017 15:16
14556
SİYASƏT
A- A+

“Azərbaycanın ərazisi işğal olunub” - Ukrayna XİN

"İnsanlararası təmaslar münasibətimizi möhkəmləndirir. Hər ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər etmək istəyirlər”.

Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr var:

"Cari ilin 9 ayı ərzində Azərbaycanla Ukrayna arasında əmtəə dövriyyəsində ötən ilin analoji dövrü ilə müqayisədə 66 faiz artım qeydə alınıb. Bundan başqa Ukrayna tərəfdən Azərbaycan ərazisi ilə yükdaşımalarda 5 dəfə artım qeydə alınıb”.

Pavlo Klimkin Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını qeyd edib: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır”.

Nazir həmçinin Ukrayna baş nazirinin birinci müavininin yaxın həftələrdə Azərbaycana səfər edəcəyini vurğulayıb.