Mən heç kiməm

OĞUZ AYVAZ
37338 | 2017-10-03 12:31

Yoldaşım əynimi geyinən kimi:

- Qulaq as, - deyir. – Birşeir deyim sənə. Məncə, maraqlı şeirdi. Sənin fikrini öyrənmək istəyirəm.

- İşə tələsirəm.

- Balaca şeirdi, narahat olma.

- Mən şair deyiləm.

- Niyə bu qədər kədərlisən?Axı sən bəşəri şeirlər yazmısan. İnsanlara günəş, sevgi diləyirsən.Təvazökarlıq eləmə.

- Mən şair deyiləm!

- Yaxşı, yaxşı. Oxucu kimi defikrini.

- Mən oxucu da deyiləm.

Eyvana çıxıb siqaretalışdırıram. Pəncərəmizdə yağış mövsümüdür. Göy rəngli kurtkamı geyinib çıxıramküçəyə. Yağış üz-gözümü, eynəyimi damcılarla atəşə tutur. Nimdaş geyimli,qəhvəyi paltolu qoca yolu keçmək istəyir. Qolundan tutub kömək edirəm.Gölməçələrdən sıyırılıb yolu keçirik.

- Sağ ol, ay bala. Allahköməyin olsun, tələbəsən?

- Mən tələbə deyiləm.

Yoluma davam edirəm. Eynəyimgözümə yapışıb, ətrafı yaxşı görə bilmirəm. Ağaclar, boş küçələr, skamyalarbulanıq görünür gözlərimdə. Metroya tələsmək üçün qaçmağa başlayıram.Gölməçələri şapıldada-şapıldada...

Vaqon ağzına kimi doludur.Basabasın içinə girib, qızınıram. Yorğun qoxular, qadınların üzlərindən,saçlarından gələn ətirlər bir-birinə qarışıb.

- Bir az yer eləyin da...

- Yer var, ay xala?

- Yoxdu, yoxdu da. Nəçığırırsan?

Bir nəfər ona qahmar durur:

- İndiki cavanlarda tərbiyədeyən şey qalmayıb.

- Mən cavan deyiləm!

Basabas azalır. Adamlarseyrəkləşir. Vaqonun o başından saçları pırtlaşıq, əlində bir neçə kitab-dəftərolan gənc yaxınlaşır mənə. Üzündə mənasız bir təbəssüm var.

- Siz deyəsən yazarsız?Poemalarınız tamaşaya da qoyulub?

- Yox, səhv salırsınız, mənyazar deyiləm

- Necə ola bilər, adınız Oğuzdeyil?

- Adım yoxdu.

- Oğuz Ayvaz deyilsiz?

- Yox, mən Oğuz Ayvazdeyiləm...

Pırtlaşıq saçlı oğlan üzündənarazı bir ifadəylə vaqondan çıxıb gedir. Mənə elə gəlir ki, o qaranlıq tuneldədüşüb. Metrodan çıxıram. Yağış bir az da gücünü artırıb. Küçənin tinində ağsaçlı, üzündə çapıq olan bir dilənçi adamlardan pul dilənir...

- Allah köməyiniz olsun, Allahişinizi avand eləsin.

Yanından keçirəm. Bulanıqeynəyimdən dilənçi sulu boyayla çəkilmiş portretə bənzəyir. Dayanıb gözlərininiçinə baxıram.

- Cavan oğlan, Allah köməyinolsun, mənə kömək elə...

- Mən Allah deyiləm.

- Elə demə ay bala, Allahaacıq gedər.

- Mən bala deyiləm.

Səkinin üzərinə qalxıb yolumadavam edirəm. Saatım işə gecikdiyimi bağırır. Qulaqlarım bağırtıdanpartlayırmış kimi olur. Yağışın səsi krantdan gələn su damcıları kimi eşidilir.İşə çatıram.

- Harda qaldın? Sən müxbirsən,yazı çatdırmalısan. Qəzet boş qalmalıdır? İşə vaxtında gəl.

- Mən müxbir deyiləm...

Redaktor gülümsünür, kürəyiməvurub işinin dalınca gedir.

Telefonuma zəng gəlir:


- Salam.

- Salam.

- Ramiz deyil danışan?

- Yox.

- Kimdi bəs?

- Heç kim.

TƏQVİM / ARXİV