adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Oktyabr 2017 11:49
13590
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəklədiyi layihə Qubada icra olunur

Ailələrə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yeniyetmələrin məcburi əməyə cəlb olunmasına qarşı mübarizə sahəsində maarifləndirilmə işinin təşkili” layihəsini icra edir.

Adalet.az-ın məlumatına görə, layihənin məqsədi yeniyetmələri insan alveri və məcburi əməyə qarşı mübarizə haqqında maarifləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Quba şəhər Azad Məmmədov adına 2 saylı texniki-təbiət elmləri təmayüllü liseydə ilk tədbir keçirilib. Tədbirdə Ailələrə Sosial Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Esmira Rəhimova yeniyetmələrə layihə və onun donoru haqqında məlumat verib.

Ekspert məktəblilərə məcburi əməyin qanunla qadağan olunması və bunun həm iş fəaliyyətinə, həm də sağlamlığa vurduğu ziyan haqqında məlumatlar verib.

Sonda yeniyetmələrə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.