adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Oktyabr 2017 10:54
13592
MƏMLƏKƏT
A- A+

Güclü yağış Bakının bəzi yollarında problemlər yaradıb

"Ölkə ərazisində yağışlı hava şəraitinin müşahidə edilməsinə baxmayaraq, yollarda vəziyyət normaldır”.

Bu barədə "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi eyd edib ki, istər respublika avtomobil yollarında, istərsə də Bakı şəhərində yağış-kanalizasiya barmaqları mövcud olan yerlərə daim baxış keçirilir.

"Yağış suları özü ilə müəyyən əşyalar gətirə və həmin barmaqlılqları tıxandıra bilərlər. Artıq işlərə başlanılıb və bu işlər mütəmadi olaraq aparılır. Müəyyən ərazilər var ki, yollarda su yığılıb qalır. Bunun da səbəbi yağış-kanalizasiya sisteminin olmaması və ya mövcüd yağış-kanalizasiya barmaqlarının ötürücülüyünün zəif olması idi”.

A.Nəcəfli qeyd edib ki, Yasamal ərazisində, Binəqədi şossesi, Ziya Bünyadov prospektinin bir hissəsində intensiv yağışlar nəticəsində avtomobil yollarında problemlər müşahidə olunur.

""Azərsu” Asc tərəfindən həmin problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. İşlər yekunlaşandan sonra həmin nöqtələrdə problemin olmayacağı gözlənilir. Respublika yollarının bəziləri sürüşmə zonalarından keçir. Yenidənqurma işləri aparılarkən həmin sürüşmə zonalarında qabaqlayıcı tədbirlərin görülməsi planlaşdırılır. Aktiv sürüşmə zonalarında olan digər dağətəyi, dağlıq zonalardan keçən avtomobil yolları isə daim nəzarət altında saxlanılır. Çalışılır ki, bu işlər aparılsın. Bizim və ya aidiyyatı qurumların apardığı işlər 100 faiz həmin fəsadların qarşısı alacaq və ya almayacaq, demək çətindir. Heç kim hadisədən sığortalanmayıb və fəsadlar hər zaman ola bilər. Biz maksimum dərəcədə o fəsadları aşağı salmağa çalışırıq”.(azvision)