adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Oktyabr 2017 18:55
3777
HADİSƏ
A- A+

Gömrükdə siqaret əməliyyat

Aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində "Sakurorto" yazısı olan siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.