adalet.az header logo
  • Bakı 13°C
02 Oktyabr 2017 17:35
15834
İDMAN
A- A+

Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi

Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.

Adalet.az bildirir ki, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: "Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam".

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.