adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Oktyabr 2017 16:49
12931
GÜNDƏM
A- A+

Polislər üçün yeni medal təsis edilib

Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edilib.

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu medalda həm Azərbaycanın müstəqilliyinin, həm də polisin atributları təsvir olunacaq. Məsələ səsə qoyularaq qəbul edilib.