adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2017 13:15
19278
DÜNYA
A- A+

Las-Veqasda atışma: 20 ölü, 100-dən çox yaralı - YENİLƏNİB

Las-Veqasda silahlı hücum zamanı azı 20 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə Las-Veqas şəhərinin şerifi açıqlamasında bildirib. Qeyd olunub ki, yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.

***


Las-Veqas şəhərində kazinoda atışma baş verib.

Adalet.az "Reuters”-ə istinadən xəbər verir ki, hadisə "Mandalay Bay Casino"nun yaxınlığında qeydə alınıb.

Atışma nəticəsində iki nəfərin öldüyü, azı 24 nəfərin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanları kazinoya yaxın yolların bağlanması barədə xəbərdarlıq edib.