adalet.az header logo
  • Bakı 20°C
02 Oktyabr 2017 13:12
16036
SİYASƏT
A- A+

Problemli kreditlərlə bağlı qanun olmalıdır – deputat məsələ qaldırdı

"Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur”.

Adalet.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Əli Məsimli bildirib.

O deyib ki, vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur.

Ə. Məsimli qeyd edib ki, bu problemi birdəfəlik həll etmək lazımdır.

"Kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalıdır”-deyə Ə. Məsimli əlavə edib.