adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2017 13:03
14915
SİYASƏT
A- A+

Kürdüstana dəstək verən məmur cəzalandırılsın! - Parlamentdə məsələ qaldırıldı

Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov kürdlərin referendumuna dəstək verən Tanrıverdiyevin cəzalandırılmasını təklif edib.

"Baş Prokuror Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur”.(azvision)