adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2017 15:29
11715
DÜNYA
A- A+

ABŞ 21 diplomatını Kubadan geri çağırdı

ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib.

Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər.

Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına da xəbərdarlıq edib:

"ABŞ vətəndaşları təhlükə altında ola bilər, biz onlara Kubaya getməmələri üçün xəbərdarlıq edirik".