adalet.az header logo
  • Bakı 17°C
30 Sentyabr 2017 15:59
22642
MARAQLI
A- A+

Elmi inqilab: İlk teleportasiya həyata keçirildi

Çin və Avstriyadan olan alim və mütəxəssislər qrupu ilk qitələrarası teleportasiya həyata keçiriblər. Əlbəttə hələ ki, böyük ölçülü obyektlərin daşınması müzakirə mövzusu deyil, amma elementar zərrəcikləri planetin müxtəlif hissələrinə ötürmək mümkün olub.

"Mo-Szı" adlı rabitə aparatı sayəsində alimlər "kvant interneti"ni reallaşdırmağa daha da yaxınlaşıblar. Kvant açarları peykdən Yer kürəsinə 1200 kilometr məsafədə ötürülüb. Həmçinin planetin müxtəlif hissələrində yerləşən iki obyekti bir-biri ilə əlaqələndirmək mümkün olub.

Yeni həll yüksək sürətdən başqa xarici dövlətlər tərəfindən dinləməni mümkünsüz edir. azərtac