adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Sentyabr 2017 18:28
32261
KRİMİNAL
A- A+

Bakının mərkəzində dava: tutulanlar var

Bakıda kafedə kütləvi dava-dalaş olub.Lent.azxəbər verir ki, Nəsimi rayonu ərazisindəki "Dəli Kür" kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı 1986-cı il təvəllüdlü Mehdiyev Tofiq Şamil oğlu ağır xəsarət alıb. Daha bir nəfər isə yüngül xəsarətlərlə canını qurtarıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində davada iştirak edən 1994-cü il təvəllüdlü Həsən Ağayevlə 1995-ci ildə anadan olmuş Elvin Əliyev tutulub. Onların hər ikisi əvvəllər müxtəlif cinayətlərə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.