adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YORULMUŞ ATLARIN GÜLLƏLƏNMƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58681 | 2017-09-29 18:06

Buna hər günyaxınlaşıram


Yəqin ki, film həvəskarlarıhəmin məqamı xatırlayırlar. Amma indiki halda xatırlamasalar da olar. Çünki mən film barəsindəyazmayacam. Heç yazmaq arzusunda dadeyiləm. Təbii ki, arzusunda olsaydım, nə isə yaza bilərdim. Sadəcə indikidurumda nə film barəsində düşünmək, nə də onun barəsində nə isə demək heçağlımın ucundan da gəlib keçmir. Bu da səbəbsiz deyil. Əvvəlki yazılarımdaxatırlatdığım kimi, səbəb o halda ortaya çıxır ki, ona zərurət də yaranır. Deməli...

Hə,indi özümdən yazacam... öz həyatımdan, öz yaşantılarımdan. Özümün içimdəolduğum reallıqdan. Ona görə bəri başdan "özümdən yazacam" deyirəmki, oxumaq istəməyənlər elə bəri başdanvərəqi çevirsinlər, səhifəni qatlasınlar. Yəni keçib getsinlər, dayanıb vaxtitirməsinlər... Axı indi itirilən vaxt deyilənə görə qızıl qiymətindədi.Doğrudur, biz Qarabağla bağlı 25 ili itirmişik. İndi o hesabla görün bu nə qədər,nə həcmdə, nə çəkidə qızıl deməkdi. Bunu heç ağlınıza gətirə bildiniz? Şəxsən məno barədə düşünməyə qorxdum. Elə qorxdum ki, hətta dizlərim titrədi. Düşündümki, bu barədə ağlımdan gəlib keçəni kimsə oxuya bilər. Onda istər-istəməz onsuzda tüstülü olan əsgimə bir od da vurular. Di gəl ondan sonra qurtar bu qızıl həvəskarlarınınəlindən, necə qurtarırsan. Axı özgənin ərazisinə girmək, monopoliyasına gözdikmək həmişə fəsadlar törədir, ya da bu həvəsə düşənlər ciddi cəzalanır. Odurki, mən də dediyim sözün üstündən sükutla keçib onun dərinliyinə baş vurmaq istəmirəm...

Ömrümboyu işıq axtarmışam, işıqlı adamların sorağında olmuşam. Elə bilməyin ki, mənbu dünyaya gələndən işığa həsrətəm, ağı qaradan seçə bilmirəm. Yox, sadəcə mənimdünya görüşümdə, əxlaqımda həmişə birinci yerdə işıq dayanıb. Bu səbəbdən də məmləkətinaydınlarını, yəni işıqlı adamlarını oxumağa, şəxsən tanımağa, onları yaxındangörməyə içimdə bir dəli sevgi olub. Elə bil ki, susamış adam kimi suya təşnəolmuşam. Bax, bu mənada işığa təşnəliyim də işığın müqəddəsliyindən, qaranlığınaydınlığa çevrilməsindən qidalanıb, bəhrələnib. Görmüşəm ki, işıqlı adamlaroturduqları yeri nura qərq edirlər, dayanıb durduqları yeri sanki çilçırağabürüyürlər. Danışdıqları hər söz, söylədikləri hər fikir adama ümid verir, inamverir, adamı yaşamağa həvəsləndirir, adam özü-özündən xəbərsiz sanki çiçəkləyir,qol-budaq atır. Hətta onlar olmayan yerlərdə də ailələrində söz düşəndə mühit dəyişir,soyuqluğun buzu əriyir, səmimiyyətin dərəcəsi yüksəlir... Bax, bütün bunlaragörə aydınları - işığı axtarmışam... aydınların, işığın ardınca getmişəm bu günəkimi. Elə indi də gedirəm. Ancaq əvvəlki kimi yox. Əvvəl birnəfəsə, yorulmadan,sanki qaçırdım. Yüyürürdüm. İndi isə tənginəfəs, yorğun-yorğun, ağır-ağır,ayağım ayağıma dolaşa-dolaşa gedirəm... Amma gedirəm!

Deməli,işığın olduğu yerin müqəddəsliyini dilə gətirməyimin yəqin ki, fərqindəsiniz.Hiss edirsiniz ki, mən o yerə necə yanaşıram, necə "Pir!"im deyib ətəyindəntuturam. Onsuz da indi ətəkdən tutanlar çoxdu. Bu mənada məni qınamayın. Düşüməyinki, mən ətəyi çəkib qoparan, əli-qolu çəkib özü ilə aparan və bundan doymayan bəndələrinsırasındayam. Yox, sadəcə mən "Pir!"im dediyimə inamla, inanclayanaşıram, ondan nə isə qoparmaq istəmirəm, ona yük olmağa çalışmıram, onunkölgəsində daldalanmıram. Mən sadəcə ətəyindən tutduğum həmin ünvanı özümün bir parça dünyam hiss edirəm. Dahadoğrusu, özümü də həmin dünyanın bir zərrəsi sayıram. Buna nə boyda haqqımçatdığının fərqinə varmadan, götür-qoy etmədən, layiq olub-olmadığımıaraşdırmadan o işığın yanında olmağa qərarlıyam, ona çalışıram, ona cəhd edirəm...

Bəli,zaman hamı üçün eyni saatda, eyni rəqəmlərdə, eyni əqrəblərdə ifadə olunur. Hamımızüçün dan yeri eyni vaxtda sökülür, qürub eyni vaxtda dənizin üstünə enir. Bubir həqiqətdir. Amma dan yeri söküləndən qüruba qədər və bir də qürubdan danyeri görünənə qədər olan məsafədə zaman hamı üçün işlək olmur, hamının istəyinigerçəkləşdirmir, hamının əlinə əl uzatmır, hamını özününkü bilmir, hamını eyni cür qiymətləndirmir. Elə ziddiyyət,anlaşılmazlıq, umu-küsü, bir sözlə, çəkişib-dartışmalarda burdan başlayır. Səbəbini bildirdim. Ancaq yanaşmanı indi deyəcəm, dahadoğrusu, yazacam...

Bütünmənalarda hər kəs haqq etdiyinə qovuşur - bunu belə deyiblər. Amma bəzən budeyimdəki yanlışlığı da müşahidə edib görürük. Axı bir məsafəni qaranəfəsçapan, sahibinin yükünü mənzilbaşına çatdıran atların hamısı kişmiş yemir ki...Bu atların yorulanları... deyəsən bəlli oldu. Bəlkə şeir deyək fikriyayındırmaq üçün, ya da şeir oxuyaq, ya da elə-beləcə susaq.


Xoşunagəlir

Yagəlmir

Fərqeləmir -

Mənancaq

Duyğularıyazıram...

Qanadlıxəyalları

Əlçatmaz arzuları

Vəbütün olanları

Öncədə sevgimizə

Qayğılarıyazıram...

Yuxusuzgecələri

Söküləndan yerini

Dolanbacküçələri

Günlərinhər birini

Xatırlayıbonlara

Sayğılarıyazıram...

...Xoşungəlir, ya gəlmir

Fərqeləmir

Mənindi

Uydurduğumnağılı

Könlümdənkeçənləri

Könlüməköçənləri

Kəsəsi,lap açığı

Yuxularıyazıram

Duyğularıyazıram!..


***

İstənilənyazını qələmə alanda öz-özümlə danışırmış kimi bir xeyli susuram. Öz suallarımaöz içimdə cavab tapana qədər bu susqunluq davam edir. Ta o yerə qədər ki, bütünsuallar cavablanır, bütün cavablar da, yəni müəyyən mənada razı salır. Bax,ondan sonra başlayıram yazını yazmağa. Elə bu yazını da az qala bir həftədirki, içimdə yazıram. Yəni özüm verdiyim sualların özüm də cavabını bir növyazıya çevirirəm. Səbəbi kimlər üçünsəmaraqlı ola bilər. Amma mən indiki anda bütün maraqları unudaraq yalnız düşüncələrə,hisslərə üstünlük verirəm. Çünki bu yazı əslində əvvəldə dediyim kimi, özüm barəsindədi,öz yaşantılarımdı...

Hərdəfə yorulmuş atlar barəsində düşünəndəelə bil ki, güzgüdə özümə baxıram. Baxıram və bir gic gülmək tutur məni:

-Yorulmuş at və mən!..

Siznecə bilirsiniz, oxşarlıq var?! Ola bilsin ki, etika xatirinə heç biriniz heç nədemədiniz və yaxud da bir-birinizlə pıçıldaşdınız. Olsun. Bunu da təbii qəbul edirəm. Çünkimentalitetimizdə üzə tərif deyib, arxada baltalamaq kimi bir yanaşma min illərdiki, kök atıb. Hətta üzbəüz əyləşib çörək kəsib ayrılanda bir-birinə torba tikməkdə mentalitetimizdə normal olmasa da, normal kimi qəbul olunub. Çünki bizbuyuq... bu cürük... belə alışmışıq, belə də yaşayırıq. Yəqin ki, hələ min illərdə belə gedəcək. Nə isə...

Hə, özümdənyazdığım bu yazıda bir məqam xüsusilə mənim üçün çox maraqlıdı. Onu xatırlatmaqistəyirəm. Yəqin ki, sizə də maraqlı gələcək. Çox sadə bir kəndçi ailəsindədoğulmuşam. Atam 4-cü sinfi bitirib, sonra traktorçu olub. Anam isə özünündediyi kimi, 2-ci sinfə qədər gedib. Sovet-alman müharibəsi onları uşaq ikən əməyəöyrəşdirib. Təqaüd yaşına qədər hər ikisi təsərrüfatda çalışıb. Amma haqqınahaqqa verməmək həyat prinsipləri olub. Bax, dediyim həmin maraqlı məqam da eləatamın uşaq vaxtlarımda dilindən eşitdiyim, yeri gələndə təkrarladığı bir məsəlləbağlıdı. O məsəl indi də qulaqlarımda səslənir...

Haşiyə: Birkasıb kişinin bir dəvəsi olur. Həmin kişi çox fikirləşəndən sonra dəvəsinigötürüb karvana qoşulur, kimlərinsə yükünü daşıyır, kimlərəsə yardım edir. Müəyyənmüddətdən sonra topladığı vəsait hesabına dəvələrin də sayı artır, güzəran dayaxşılaşır. Artıq özü karvanbaşı olur. Vaxt gəlib çatır, həmin dəvə yorulur,qocalır. Sahibi minnətdarlıq əlaməti olaraq onu sərbəst buraxır. Günlərinbirində kişiyə xəbər çatır ki, dəvə ölüm ayağındadı, halallaşmaq istəyir. Kişidurub gəlir dəvənin yanına və deyir:

- Sənə etdiklərimihalal edirəm. Sən də yolumda çəkdiklərini halal et!

Dəvə dilə gəlir:

- Mən də hərşeyi halal edirəm, tək birindən başqa...

Kişi təəccübləbaxır:

- Yadındadı,filan vaxtı, filan yerdən keçəndə yüküm ağır idi. Bir az büdrədim, mənimnoxtamı eşşəyin quyruğuna bağladın. Bax, onu halal etmirəm, onu bağışlamıram!!!

Bilmirəm, yazıyadəxli oldu, olmadı, amma atamın tez-tez təkrarladığı bu məsəl yaddaşıma eləmöhürlənib ki, mənə göstərilən bütün diqqət və qayğıya qarşı həmişə özümüborclu bilirəm... özümdə bir halallıq işığı axtarıram. Amma deyəsən onu tapabilmirəm, ya da onu tapmağıma imkan vermirlər. Hər halda, zaman bu gerçəkliyigizlədə bilmir. Saatın necə işləməsindən asılı olmadan, bu gerçəklik gizlənmirki, gizlənmir.

***

Tez-tez işlədilənbir söz var: hansısa bir məsələdən danışanda, hansısa bir şəxs xatırlananda adətəndeyirlər ki, filankəs qədirbilən adamdı... filankəs nankordu... filankəsxeyirxahdı... filankəs qaradabandı... filankəs... filankəs...

Bilmirəm, mənimdə barəmdə danışırlar, yoxsa yox, amma onu da bilmirəm ki, danışan adamlar mənihansı filankəslərin sırasında görürlər. Əgər bunu bilsəydim, bəlkə də həyatımdahansısa bir dönüş etməyə maraq göstərərdim. Amma deyəsən bilməməyim dahayaxşıdı. Çünki bilməyib beləcə 55 ildi başımı aşağı salıb gəldiyim yolun qalanhissəsini də elə gəldiyim kimi də keçib gedirəm. Məndən sonra o yola baxıb nədeyəcəklərini isə inşallah ruhum duyar. Axı ruhlar ölmür!

Sözün bütünçalarları o vaxt ortalıqda olur ki, dilin altında çöp olmasın. Təəssüf ki, indisözdən söz çıxarmaq, sözə qulp qoymaq bir şakərə çevrilib. Ona görə mən də eləsözlərdən istifadə etməyə çalışıram ki, ona qulp qoymaq mümkün olmasın. Təəssüfki, dilimizdə qulp götürməyən sözlər yayoxdu, ya da son dərəcə azdı. Mən də məcbur olub həmin o qulpsuz, ütülü sözlərinaxtarışına çıxıram. Lakin...

Uğursuz cəhddi.Ona görə də qayıdıram yorulmuş atlar məsələsinə. Öz-özümə fikirləşirəm,doğurdanmı, yorulan atları güllələmək lazımdı?! Doğurdanmı, bu, xilas yoludu?!Axı bu atlar bizi nə boyda yüklə nə boyda məsafələrə, mənzillərə aparıblar. Bəlkəonların öz talelərinin sona qədər yaşamasına imkan verək. Axı onlar bu mənzilləri,bu yükləri güllə qurbanı olmaq üçün qət edib daşımayıblar...

Doğrudan dayorulmaq, yarı yolda qalmaq, tərk edilmək və xüsusilə layiq olduğunu almamaq həmişəüzücü olub, ağrıdıb, incidib. Amma biz bunun fərqinə varmamışıq. Çünki hamımızöz arşınımızla, öz baxış bucağımızla yanaşmışıq hər şeyə. Nəticədə də... Nəticədədə:


Hərəmiz birüsulla

Yol gəlirik,yoldayıq

Doğulan gündənancaq

Hamımızroldayıq..


Kimi qalxıbsevinib

Kimi enib"ah" çəkir

Ucalan da, enəndə-

Çiynində günah çəkir...


Bütöv sevinc istəyən

Şikəst ümidləqalıb...

Qoynunda gül bəsləyən

Ürəyi əldən salır...


Hərənin özarşını

Öz vüsalı, həsrəti...

Mən könüllü çəkirəm

Bu yazılan qisməti!..


P.S. Bəlkəonların noxtasının eşşək quyruğuna bağlanmasına da imkan verməyək. Ondahalallıq məsələsi yəqin ki, gündəmə gəlməz.


TƏQVİM / ARXİV