ANA SƏHİFƏ / RUBRİKA

Ölümümü anons edən yuxumu gördüm... - YUXU QAPISI

44208    |   2017-09-29 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı teleaparıcı, jurnalist Murad Əzimzadədir. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Yuxu mənim üçün reankarnasiya kimidir. Sanki öləndən sonrakı həyatım yuxularımdakı kimi olacaq... Və ya o biri həyatımda (ölməmişdən əvvəlki yəni bu hətyata reankarnasiya etməzdən əvvəlki) baş verənləri görürəm, təhtəlşüurən xatırlayıram yuxuda...


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Yaxşı yadımdadır, 15 yaşım təzə tamam olmuşdu. Yayın yeni-yeni günəşləndiyi vaxtlar idi. Səhərə yaxın yuxu gördüm. Yuxuda kişi səsi eşitdim. Deyirdi ki: "Sən 21 yaşında öləcəksən”. Dik atılmışdım, tərin içində idim. 15 yaşımdan 21 yaşıma qədər, travma və ölüm qorxusu ilə yaşadım. Dəhşətli illər idi mənim üçün. Amma 21 yaşıma keçəndən sonra rahatladım. Ondan sonra yuxulara etibarım itdi.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Uşaq vaxtı nənəmin yanına qaçırdım yuxu yozmaq üçün. İndi nənəm Gəncədə yaşayır, mən isə Bakıda. Adamın qaçmağa yeri olmayanda yuxular da yozulmur... Bir dəfə nənəmə zəng etdim ki: "Nənə yuxumda Monika Belluçini görmüşəm. Bunu necə yozaq?” yazıq arvad bir şey başa düşmədi... hı hə eləyib abrımı ətəyimə bükdü. İnanamadı ki, həqiqətən də Monikanı yuxuda görmüşdüm...


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Mistikadan daha çox yuxu psixi anlam kəsb edir mənim üçün. Bir şeyi çox düşündükcə əvvəl axır o sənin yuxuna girir. Məsələn mən tez-tez bank əməkdaşlarını görürəm yuxumda. (gülür) Stressli, depressiv olanda qarabasmalar yaşayıram. Yuxudan qışqırıb oyandığım anlarda olub. Bir dəfə yuxuda danışıb, durub evdə gəzdiyimi də müşahidə edib anam.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-15 yaşımda ölümümü anons edən yuxum 21 yaşımda çin olmadısa deməli yuxularımın başı daşa dəyir. Çin olmur.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Özümü dərk edəndən qorxulu bir yuxu indinin özündədə yuxularımı əhatə edir. Sürətli kadrlardı, sifəti şiş, qorxulu, qıvrım baş qara bir adam və o sima sürətlə yumrulanır. Birdən zülmət çökür və o an qışqırıb ayılıram. Happy end olan yuxum isə Monika ilə olan yuxumdur.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Rəngli yuxu görməmişəm. Düşünürəm ki, hamımız, hər zaman yuxu görürük, sadəcə yadımızda qalmır...


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Yuxuda görməyi arzuladığım doğmam yoxdur. İstəmirəm doğma saydıqlarım yuxu olsunlar... Var olsunlar və onların var oluşları səbəbi ilə oyaq qalaq. Yatmayaq, heç yuxu da yaxın gəlməsin bizə.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Sutkada 4-5 saat yuxu yatıb, qarışqa kimi işləyən adamam, ayıq yatıram. Milçək səsinə oyanan adamam. Yuxu isə ayrı dünya ola bilər. Amma o dünya mənlik deyil. Bizim bu qoca dünyamız bizə bəs edər.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Vaqif Səmədoğlu dünyasını dəyişəndə pis olmuşdum. Akademik milli dram teatrında vida mərasiminə də getmişdim. Həmin gün yuxuda Vaqif Səmədoğlunu, Ramiz Rövşəni bir də Markezi yuxuda gördüm. Kaş bir az gec ayılsaydım, əminəm ki, bir az da yatsaydım Dostoyevski, Tolstoy da gələcəkdi yuxuma. Bu yuxum mənə bir az mistik gəlmişdi.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Əslində hər gecə yatanda bütün müqəddəslərə dua edirəm ki, yuxu görməyim. Yuxudan təsirlənirəm. Günlərlə, yuxumun təsirində qalıram. Yuxularımız müəmmadır. Təzaddır. Yuxular bizi həyata da çatdıra bilər, ölümə də... Amma mən inanıram ki, yuxularımız bizi Tanrıya çatdırır. Həqiqət isə Tanrıdan daha çox insanın özündədir. Ruhunda, hissində. Ruhlu və hissli yuxular görmək arzusu ilə...



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK