Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları axtarışa verildi Adalet.az | Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları axtarışa verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları axtarışa verildi

48197    |   2017-09-28 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycanın dövlət sərhədini pozan Türkiyə vətəndaşlarına qarşı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




İmza:

“Adıma 23 milyon kredit götürülüb” - Cahangir Hacıyevin məhkəməsi

Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq vaxt məlum oldu

Məhəmməd Məmmədovun məhkumluğu ləğv edildi

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Babasının ov tüfəngini götürdü... - Nişanlısını öldürdü, anasını yaraladı

Ramin Hacılının həbs müddəti artırıldı - Qərar

Abort zamanı ölən qadınla bağlı cinayət işi açıldı

“Nikoylbank”ın vəzifəli əməkdaşları həbs edildi

Qatar qəzasında saxlanılan dispetçerin həbs müddəti uzadıldı

Əfv Komissiyasında artıq 200-ə yaxın müraciətə baxıldı

Cahangir Hacıyevin bacanağı məhkəmədə ifadə verdi

Narkoloji Mərkəzdəki yanğında təqsirləndirilən: Yanğına cavabdeh olmamışam

SON XƏBƏRLƏR
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
- Niyə gecikdin?
- Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən...
- Nə?
- Yazılmışdı ki, qabaqda məktəb var, yavaş gedin.




digər lətifələr
ARXİV
FACEBOOK