DÜNYANIN HALAL ADAMI

FAİQ QİSMƏTOĞLU
58335 | 2017-09-28 17:09

…Onunla üç ay bundan əvvəl Bakı DövlətUniversitetini qarşısında görüşmüşdük. Əvvəlki şuxluğundan, gülərüzlüyündənvə deyib-gülməyindən bir şey qalmamışdı. Heç rəngi-rufu da xoşuma gəlmədi. Ammabuna baxmayaraq, çox nikbin və çox da səbrli olduğu üçün hər şeyi məndən gizlətməkistəyirdi. Təzə çıxmış kitabını mənə sarı uzatdı və dedi:

-Vaxtın olanda bu kitaba baxarsan! Çox əzab-əziyyətlə və çətinliklə araya-ərsəyəgətirmişəm. Azərbaycan mətbuat tarixiylə bağlıdır.

Kitabımənə verəndən sonra niyə bir qədər narahat olduğunu soruşdum. O isə duruxdu vəistədi cavab verməsin. Gördü ki, əl çəkən deyiləm, danışmağa başladı. Dedi ki,bir az ağrıyıram. Qaraciyərim məni çox narahat edir. Elə indi də həkimdən gəlirəm,görək axırı necə olur…

Çoxsəmimi və mehriban bir-birimizdən ayrıldıq. Ayrılanda da dedi ki, inşallah, birqədər müalicə olunum, yaxın vaxtlarda oturub bir stəkan çay içərik. Amma o birstəkan çay içmək bizə qismət olmadı. O görüşdən20 gün sonra eşitdim ki, çox istedadlı jurnalist, gözəl ziyalı,qürurunu, ləyaqətini bu çətin zamanda qoruyub saxlayan tələbə yoldaşımız vədostumuz Müştəba Əliyev dünyasını dəyişib. Sözün düzü bu xəbəri eşidəndə çoxsarsıldım. Və həmişə də ən yaxın adamımı, doğmamı itirəndə bax, belə sarsıntıkeçirirəm, sıxıntı anlar yaşayıram. Doğmalarımı itirəndə necə sarsıldımsa, bu xəbəridə eşidəndə bax, elə sarsıldım…

MüştəbaƏliyev Ağdam rayonunda anadan olmuşdu. Azərbaycan Dövlət Universitetininjurnalistika fakültəsini bitirmişdi. Uzun müddət «Sovet kəndi» qəzetində müxbirişləmişdi. Bir müddət də bizim qəzetdə şimal bölgəsində müxbir vəzifəsindəçalışmışdı.

Məninsanın bu qədər böyük ürək sahibi olmağını, bu qədər Allah sevgisinə yiyələnməyinibirinci dəfə görürdüm. Çünki o, bizim qəzetdə işləsə də, yol yoldaşlığı eləməmişdim.Birindən soruşurlar ki, qardaşını tanıyırsan, deyir yox, onunla yolaçıxmamışam. İş elə gətirdi ki, bir dəfə Müştəba müəllimlə Qubaya və Xaçmazagetməli olduq. Kiminlə görüşürdüksə, hamı onaböyük sevgi məhəbbətlə yanaşırdı… kiminlə görüşürdüksə, onlar bizə biryerdə oturub çörək kəsməyə dəvət edirdi… kiminlə görüşürdüksə, Müştəba müəllimləsöhbət etməkdən, bir tikə çörək yeməkdən qürur duyurdu…Çörək yediyimiz vəzifəlişəxslərdən biri dedi ki, mən çox müxbir görmüşəm. Amma Müştəba Əliyev kimi təmiz,qürurlu, vicdanlı jurnalisti birinci dəfədi görürəm. Nə illah eləyirəm, onuncibinə pul qoya bilmirəm. Ancaq başqaları gəlib zəhləmizi tökür ki, bizi yolasalın. Bax, ona görə də bu kişiylə neçə ildir dostluq eləyirəm, çörək kəsirəm.Yəqin elə siz də Müştəba müəllim kimi saf və duru adamsınız ki, onunlaoturub-durursunuz, yola çıxırsınız.

Rayondanqayıdanda maşınına yanacaq tökmək istədim. O necə əsəbləşdisə, dişinin dibindənçıxanı mənə dedi. Mən də sakit çəkilib durdum və yanacağın pulunu vermədim.Hansı ki, bizim digər iş yoldaşlarımız maşına oturan kimi deyirdi ki, benzinqurtarıb, benzin tökmək lazımdı.

MüştəbaƏliyev heç kimə bənzəməyən böyük bir ziyalıydı. Və həm də o, Allaha çox yaxınbir adamıydı. Seyid ocağında dünyaya gəlmişdi. Dostumuz və qardaşımız AqilAbbas həmişə onu qucaqlayıb öpər və deyərdi ki, seyid, cəddin bizə kömək olsun!Elə onun cəddi də həmişə bizə kömək olurdu. Sonradan öyrəndim ki, onların ocağıgüclü seyid ocağı olub və çox adam gedib orda şəfa tapıb. Müştəba müəllimindünya malında gözü yox idi.

Yaxşıyadımdadı ki, rayonda olanda neçə adam ondan xahiş elədi ki, qayıdanda mənə dəyin,sizə pay qoyacam. Amma Müştəba müəllim onların heç birinə baş çəkmədi və mənədedi ki, görürəm sənin də dünya malında gözün yoxdu. Qoy onlar bilsinlər ki,bizim kimi də jurnalistlər var. O, jurnalist adını və şərəfini hər şeydən üstüntuturdu… O, çox gözəl və bir-birindən maraqlı yazılar qələmə alırdı… O, heçvaxt haqqı nahaqqa verməzdi… O, kiminləsöhbət edirdisə həmin adamın qəlbini ələ almağı bacarırdı.

Xaçmazdaməhkəmənin sədri vardı: Ziqəm Hüseynov. Bu gün də Ziqəm Hüseynov Sumqayıt ŞəhərMəhkəməsinin sədridi. İnanın, Müştəba müəllimlə görüşəndə elə bil dünyanı onaverirdin. Hər iki ziyalı bir-birini o qədər gözəl, o qədər aydın başa düşürdüki, onlar söhbətinə kənardan da maraqla qulaq asırdılar. Çünki bu söhbətdə birşirinlik, bir səmimiyyət, bir kişilik vardı. Və bu söhbətdə onlar bir-birindənheç nə ummurdular… Onları birləşdirən qəlblərindəki işıq və bir də həyat eşqiidi. Hər iki gözəl kişi təmənnasız dostluq eləyirdilər…

MüştəbaƏliyev haqqında kimdən soruşsan, kimdən xəbər alsan ürək dolusu danışar. Ənazından deyər ki, cəddinə qurban olduğum çox gözəl kişiydi. Bir neçə il idiMilli Elmlər Akademiyasında çalışırdı. Çox çətin və ağır araşdırma yazıları qələməalırdı. Bu yazıları isə araya-ərsəyə gətirməyə zəhmət və səbr lazım idi. Müştəbamüəllim də çox zəhmətkeş və səbrli insanidi. Onun bir dəfə əsəbləşdiyini, hövsələdən çıxdığını görmədim.

63yaşında Allah dərgahına qovuşdu. Oktyabr ayının 3-də dünyasının dəyişməsindən40 gün keçəcək. Onun yeddisində iştirak eləmişdik. Həyətə girəndə qaynını vəoğlunu gördük. Gördük ki, Müştəba müəllimi itirmək onlara həddindən artıqsarsıdıb. Oğluna təsəlli verdik və dedik ki, sənin atan çox böyük ziyalı olub,çox böyük jurnalist olub, çox böyük insan olub. Sənin atan kimi aydınlar,ziyalılar heç vaxt ölmürlər! Və o, tək onu sevənlərin qəlbində deyil, qələməaldıqları müxtəlif yazılarıyla Azərbaycan mətbuatında həmişə yaşayacaq.

Ümumiyyətlə,yaradıcı adamlar heç vaxt ölmürlər və onlar Allahın dərgahına dönməklə yerüzündə bir daha öz böyüklüklərini, ucalıqlarını, təmizliklərini göstərirlər…Onların hər zaman, hər an insanlar arasında xeyirdə, şərdə yerlərigörünür…Onların halallığı, böyüklüyü və ən nəhayət ucalığı hamının qəlbində əbədibir heykəl ucaldır…

Vəbizim dostumuz və qardaşımız istedadlı jurnalist, gözəl ziyalı Müştəba Əliyev dəonu sevənlərin qəlbində elə bir iz qoyub ki, o iz həmişə qalacaq. Mənim nəzərimdəisə Müştəba Əliyev dünyanın ən təmiz və halal adamı kimi yaddaşıma həkk olacaq.Və onun işığı övladlarını, balalarını həmişə nura qərq edəcək.


TƏQVİM / ARXİV