AQİL ABBAS: KÖHLƏN ATLAR BOZQURDLARA ÇEVRİLMİŞDİ

AQİL ABBAS
64336 | 2017-09-28 16:57

Dur, içindən qorxağıqov,

Dur, özünü Bozqurdelə!

Məmməd Araz

«Qarabağ»la «Roma»arasında möhtəşəm bir oyun oldu. Köhlən atlarbu dəfə bozqurdlar kimi atılmışdılar meydana. Bəli, oyunu uduzduq. Amma «Qarabağ» qalib gəldi. Necə yəni,uduzduq və qalib gəldik? Darıxmayın.

Çox qəribədir, romalılarıntotemi qurddu. Bizim də totemimiz qurddu. Xahiş edirəm, qurdla canavarı qarışıqsalmayasınız. Aralarında böyük fərq var. Birincisi, canavaradam yeyəndi, ona görə adı canavardı, yəni «cana varam». Qurdun adı isə qurddu,yəni «qurtulmaq, xilas olmaq, sona çatdırmaq».Yəni qurd adam yemir. Türklər qurda xilaskar kimi baxıblar. Yəni burda «Ergenekondastanı» açmaq istəmirəm. Romalıların totemidişi qurddu. Bizim totemimiz isə erkək qurddu.

Yənidünən qurdların savaşı idi. Dişi qurdlar qalib gəldi.

Bəs,onda deyə bilərsiniz ki, niyə yazırsınız «Qarabağ» qalib gəldi? Bəli,«Qarabağ» bu oyundan qalibiyyətlə çıxdı. Nəyə qalib gəldi və ya kimə qalib gəldi?

Bizim bozqurdlariçlərindəki xofa qalib gəldilər, vahiməyə qalib gəldilər, inamsızlıqlarına qalibgəldilər. Önündəki dünyanın ən güclü klublarından birinin ruhuna qalib gəldilər. Son ana qədər çarpışdılar və dişi qurdlarıdivara dirədilər.

İkinci hissədə «Roma»bizim qarşımızda «Neftçi»yə dönmüşdü, «Səbail»ə dönmüşdü. Nəinki oyunçular, məşqçilər də özlərini itirmişdi. Sanki önlərində yuxarıdan aşağı baxdıqları«Qarabağ» deyil, aşağıdan yuxarı baxdıqları «Barselona» idi. Bəxt də bizdən yanaolmadı. Eybi yox.

Əsas odur ki, həmingün bozqurdlar kimi çarpışan köhlən atlar qorxu sindromunu sındırdılar. «Qarabağ»ın necə bir ağıllı və cəsarətlioyun sərgilədiyini bütün Avropaya sərgilədilər.

İtaliya çempionatıAvropanın ən ağır çempionatlarından biridi. Burda demək olar ki, komandaların yarısı çempionluq uğurunda yarışır. İkinci yer tutan komandanın məşqçisi istefa verir. Çünki onun qarşısında yüksək liqadaqalmaq yox, çempion olmaq tələbi qoyulub. Yəni bizim komandalar kimi baş girləmirlər.İlin sonunda yüksək liqada qalmalarına sevinirlər. Hələ bəlkə buna görə mükafat da alırlar.

«Qarabağ», eləcədə «Qəbələ» hansı çempionatda oynayır, «Roma»hansı çempionatda: Avropanın meydanlarında at oynadan «Milan»ın, «Yuventus»un,«İnter»in, «Fiorentino»nun, «Napoli»nin… necədi sizin üçün?

Əgər «Qarabağ» doğmastadionu Tofiq Bəhramovda oynasaydı, oyun bəlkə başqa cür alınacaqdı. Bu mənim subyektiv fikrim və inamımdı.

Sosial şəbəkədə kimsə «Qarabağ»ın bir türkiyəli azarkeşinin statsunupaylaşmışdı. «Qarabağ»ın oyununu yüksək qiymətləndirən türk qardaşımız bir məsələyətəəssüf bildirmişdi. Təəssüflənirdi ki,«Qarabağ» o cür gözəl oyun göstərdi, heyf ki hələ Azərbaycanda futbol mədəniyyəti, daha dəqiq desək, azarkeşmədəniyyəti inkişaf etməyib. Azarkeşlər komandaya dəstək ola bilmirlər, 12-ci oyunçuya çevrilə bilmirlər,doğma klublarına ruh verə bilmirlər.

Türk qardaşımızındedikləri həqiqətdi. Stadionda 60 min adamelə bil davalı kinoya baxırdılar. Bizim oyundan sonra«PSJ» ilə «Bavariya» oynayırdı. Stadion 90 dəqiqə susmadı, 70 min adam eyni mahnını oxuyurdu, eyni şüarları səsləndirirdi.Nəinki 12-ci oyunçu ey, hətta 13-cü oyunçuya da çevrilmişdilər. Çox qəribədi, Londonda«Çelsi» ilə oynayanda «Qarabağ» deyib hayqıran 150-200 fanatımızın səsi 70 minlikstadionda bütün oyun boyu eşidilirdi. Amma «Olimpiya» stadionunda bununşahidi olmadıq.

«Qarabağ»ın TofiqBəhramov stadionunda pley-of oyununda aldığı dəstəyi «Olimpiya» stadionunda görmədik.

Kimisə suçlamaq fikrimyoxdu, sadəcə olaraq, vəziyyəti yazıram.

Bəli, «Roma» oyundansonra gedib «Milan»la oynayacaq, bəs «Qarabağ»kimlə oynayacaq?! Dünən «Səbail»lə oynayan, sabah «Roma» ilə oynayır. Fərq.

Hər oyun yeni bir təcrübə qazanmaqdı. Eybi yox, uduza-uduza təcrübəqazanarıq, sonda qələbə bizimlə olar.

«Roma» ilə oyunu«Atletiko» ilə oyunda da göstərsələr, təkcə Avropa yox, elə bütün dünya «Qarabağ»danyazacaq və danışacaq.

Uğurlar, «Qarabağ»!

Oyunun sonunda Dinonunkəllə ilə vurduğu top keçsəydi…

P.S. Tamaşaçılarlabağlı fikrimi vəd etdiyim kimi, bir həftədən sonra yazacam, daha dəqiq desək, «Qarabağ»ınnövbəti oyunundan sonra.


TƏQVİM / ARXİV