adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Sentyabr 2017 11:25
21349
ELM VƏ TƏHSİL
A- A+

UNEC məzunlarından nümunəvi addım

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) "ISE Məzun Təqaüdü” Proqramına start verilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, proqramın məqsədi gənclərin stimullaşdırılması, sosial məsuliyyəti ön plana çəkmək və messenatlıq ənənəsinin yayılmasına nail olmaqdır.

Yeni tədris ilindən tətbiq edilən proqram çərçivəsində UNEC məzunları Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə öz şəxsi vəsaitləri hesabına bir tədris ili müddətinə təqaüd müəyyən edəcəklər. "ISE Məzun Təqaüdü” təhsildə ən yüksək nəticə göstərən tələbələr arasından müsahibə yolu ilə seçilənlərə veriləcək. Müsahibəni məzunlar aparacaqlar. Əlaçı təqaüdü məbləğində olan "ISE Məzun Təqaüdü” tələbə kartlarına hər ayın əvvəlində köçürüləcək.

Adlarının açıqlanmasını istəməyən iki uğurlu məzun UNEC tələbələri ilə görüşərək, onlardan dördünə "ISE Məzun Təqaüdü” ayırıblar. Görüşdə həmçinin məzunlardan biri tələbələrə mentorluq etməyi də öz üzərinə götürüb. Belə ki, mentor məzun tələbə startapına dəstək göstərəcək.

Bundan əlavə, Beynəlxalq İqtisadiyyat Məktəbinin adının açıqlanmasını istəməyən müəllimi bir tələbənin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.