adalet.az header logo
  • Bakı 18°C

"BAYILDAN BAYIRA"

ƏBÜLFƏT MƏDƏTOĞLU
45910 | 2017-09-27 17:52

FaiqBalabəyliyə bir həmkar məktubu

Öncədənonu deyim ki, bu kitab hay-harayla gəldi dünyaya. Mətbuat xüsusi diqqət yetirdionun işıq üzü görməsinə. İmza günü də keçirildi. Barəsində dəyərli qələmadamları, tanınmış söz biliciləri fikirlər yazdılar, söylədilər. Və necə deyərlər,gəlişini də alqışladılar, müəllifini də və bu kitabdakı ayrı-ayrı məqamlarınoxucuda yaratdığı fikir rəngarəngliyini də...

Məndə oxudum bu kitabı... sonra qoydum bir kənara... sonra bu kitab haqqındayazılanları oxudum... deyilənləri axıra kimi dinlədim... və beləcə, təkrar birdə götürdüm kitabı əlimə və bir də gözdən keçirdim. Açığını deyim ki, bu dəfəoxumadım. Sadəcə, gözümü zillədim səhifələrə və mənə elə gəldi ki, o sətirlər,o cümlələr köçür gözümün aynasına. Bunu mən belə hiss etdim. Bir müddət də gözlərimdəgəzdirdim bax, o sətirləri. Bilirsiniz niyə? Ona görə ki, mən zindan həyatıylabağlı, əsirliklə bağlı, didərginliklə bağlı, ümumiyyətlə, insan taleyilə bağlıolan yazıları özümə son dərəcə yaxın buraxıram. Elə bilirəm ki, mənim qaçqın,köçkünlüyüm, mənim özəl həyatım həmin o yazıların arxa qatındadı, pərdənin görünməyən üzündədi. Və hətta özümə bəraətverib bir vaxtlar yazdığım bir bəndlik şeirimi də əlimdə tutalğa etmişəm bu cüryazıları oxuyanda. O şeirdə yazmışdım ki:

Qayğılıçəkdiyim, dərdli çəkdiyim

Buboyda Bakıda dərddi çəkdiyim...

Mənimazadlıqda şərti çəkdiyimğt-

Cəzanınadını çəkənlər bilər...

Bəli,bax, bu şeirdə dediyim kimi, həm azadlığı məhdudlaşdırılmış bir insana ona görə də bütöv, böyük azadlıqla bağlıçarpışmaları, o yola doğru tuşlanan işığı, bir sözlə, qaranlıqdan nura tərəfcanatmanı hissiz, duyğusuz, ürəksiz sinirə bilmirəm. Ona görə də təkcə ürəyiməyox, gözlərimə də köçürürəm bu cür yazıları, fikirləri, kitabları... Və nəhayət,günlərin birində başlayıram həmin o köçürdüklərimi, oxuduqlarımı özümünküləşdirməyə.Sonra da özümünkü olanı başlayıram digərlərinə, xüsusilə oxucularıma danışmağa.İndi də növbə Faiqin "Bayıldan bayıra"sına gəlib çatıbdı. Kitabın tərtibatı məndə qəribə birassosiasiya yaradır. Rənglər elə seçilibki, onun qana da, qaranlığa da, qanla qaranlığın arasındakı kölgəyə də, nəhayət,barmaqlar arasında çöhrəyə düşən işığın gətirdiyi bir az ümid, bir az düşüncə,bir az özünəqapılma və bir az da gözlənti... Bax, bütün bunlar bir kitabın üzqabığında oxucunun hamımızın tanıyıb özəlmünasibət bəslədiyimiz Bayıl həbsxanasını gətirib qoyur gözümüzün önünə. AdətənBayıl sözü dilə gətiriləndə daha çox həbsxana xatırlanıb bu məmləkətdə. Bax,kitabın rəssamı da mənim zənnimcə, elə bu nöqtədən yapışıb, bu nöqtədən oxucuyakitabın içərisinə doğru uğurlu yol arzulayıb. Amma təkcə uğurlu yox, həm dədözümlü yol!.. Mən kitabın hər bir hissəsini ayrıca bir əsər kimi oxudum. Bu, mənəgörə hekayələrin toplusudur. Özü də həyat hekayələrinin. Çünki bu həyat hekayələrinimüəllif yaşayıb. Amma onu sözə elə çevirib ki, oxucu da onunla həmin zindandaoturub, onunla o zindan həyatının çətinliklərini, haqsızlıqlarını, ümumiyyətlə,insanın içini açıb göstərən səhifələrini keçib. Təsəvvür edin ki, mən o hekayələrinhər birinin bir cümləsini oxumağa başlayanda bir anlıq ağlıma gəlirdi ki, kəndim,evim işğal olunub yazan gecədi. Dörd tərəf də erməni və rus əsgərləridi. Burdanailəmi, özümü necə çıxaracam, bu oddan necə xilas olacam. Bax, Faiq Balabəyliöz yaşantısına məni belə kökləyib... öz yaşantısını mənə belə transfer edibdi.

Bu kitabın birmaraqlı tərəfi də türmə həyatının özünəməxsus dilidi, jarqonlarıdı, ordakıtitullardı, ləqəblərdi. Özü də qəribədi ki, o jarqonlardan, o ləqəblərdən hamıistifadə edə bilmir, onu hamı qazana bilmir. Və nəhayət, ən önəmlisi odur ki, ohəyatın qanunları mənim fəhmimə görə, daha demokratikdi, ədalətə daha yaxındı.Amma neyləmək olar ki, bütün dünyanın qanunları qüsurludu, elə zindanınqanunlarıdı. Və bir də bu kitabda həmin o qaranlıq dünya saydığımız zindanınbağışlanmaz, əfv olunmaz keyfiyyətləri, yəni yazılmamış, amma birmənalı şəkildəgerçəkləşdirilən, üstəlik "içəridəkilərin" hamısının birmənalı şəkildətabe olduğu bir yasa var. Bu nə mifdi, nə xəyaldı, nə də yuxudu. Bu, vicdan,namus, qeyrət, əxlaq məsələsidi. Bu milli mentalitetdi, milli dəyərdi. Bundan heç kimyayına bilməz.

Vənəhayət, bu kitabda Qarabağ dərdi də, milli münasibətlər də, qaçqın həyatı da,ayrı-ayrı bucaq altında elə şərh olunur ki, həmin o qaranlıq dünyanın özünə aidişığında dediklərimi görmək mümkün olur. Son olaraq mən bu kitabda bir də onu, yəni bir nöqtəniiç dünyama daha çox yaxın buraxdım. Həmin nöqtədə həbsdə olanlarla görüşmək,onları anmaq, xatırlamaq, ziyarət etmək səhnəsidi. Mən qaçqınlığın ilk günlərinixatırladım. Onda az qala hər günqaçqınların başının üstündə hansısa bir ziyalı, hansısa bir vəzifə sahibi.Hansısa bir təşkilat, hansısa bir dövlət qurumu, eləcə də müxtəlif rənglixaricilər alırdı, onlarla maraqlanırdı. Yavaş-yavaş bu görüşlərin sayı azaldı,yavaş-yavaş gələnlərin ayağı yığışdı, yavaş-yavaş yol gözləyənlərin gözü çəkildiyollardan... Bax, Bayılda da, elə digər həbs yerlərində də beləcə adiləşirziyarətlər, görüşlər... Adamların hər iki qütbdə gözü yığılır yollardan. Vayondadı ki, heç gələnin olmaya... Bunu da Faiq yazıb kitabında, bunu da yaşadıboxucuya...

Bəli,Faiq Balabəyli, sənin avtoqrafla bağışladığın kitabını mən bu cür köçürmüşəmözümə, yaddaşıma. Və indi də sıxıntılarım, gərginliklərim artanda qayıdıram okitaba. Elə biilrəm ki, o kitab məni məhdudlaşdırılmış azadlığımdan böyükazadlığa çıxmaqda köməkçim olacaq. Qarabağa getmək üçün ipucu verəcək mənə. Vəmən də o kitabı özümlə aparacam Tuğa, Şuşaya! Belə bir inam var içimdə. Bu inama görə "çox sağ ol, Faiq bəy!"


TƏQVİM / ARXİV