adalet.az header logo
  • Bakı 13°C
27 Sentyabr 2017 17:35
26303
ŞOU-BİZNES
A- A+

Müğənni təyyarədə sərnişinləri qorxutdu - Qalmaqal

Son vaxtlar etdiyi qalmaqallarla gündəmdən düşməyən gənc müğənni Aleyna Tilki təyyarədə sərnişinləri qorxudub.

Adalet.az axşam.az-a istinadən bildirir ki,Aleyna qaydaları pozaraq təyyarədə mobil telefonunu söndürməyib. Müğənninin telefonla danışdığını görən sərnişinlər təşvişə düşüblər. Təkidlərə baxmayaraq Tilki telefonunu söndürməyib.

"Heç nə olmaz" deyərək danışmağa davam edən Aleynaya ikinci pilot məcbur müdaxilə etməli olub. 17 yaşlı müğənniyə xəbərdarlıq edilərək telefonu söndürülüb.