adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
48295 | 2017-09-27 15:23

Müqəddimə

İnsan dünyanın cəmiyerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yerüzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığınagedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?" Bu sədanıeşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəribaşımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskikoğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfədolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşiləronu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir "ismi-əzəm"oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilədüz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlayauğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya Iskəndəri-Zülqərneynləzülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişinolub Hind dəryasını səyahət edib və Avropaya İndi də məlum olmayan günbədidəvvarıtapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür.

Mən bu adamlarınheç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən dəgedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm. Oraya İndiyədəkmilyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindənbir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də.

Bu yerdə mənibir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? Insan gərəkölsün ki, cəhənnəmə getsin. Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi.İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var.

Bizim şəhərimizdəMusa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşəqayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının davar-yoxlarını həzm-rabedən keçirmişdi. Yetimlər böyüyüb ondan hesab istəyəndədeyirdi: "Bala, qəbiristana gedən ölü dala qayıtmaz". Ondan bu sözbizim şəhərdə zərbülməsələ olubdur. Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçəilliyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan.

Yenə gördüm xəyalımdansəs gəldi:

"Naümid olma, Xortdan! Naümid şeytandırki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa,orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur.O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar".Bu səsi eşidib, özüm də "axtaran tapar" deyib Yevlax mövqifinə rəvanolub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək.

Dedilər:

- On beş ildənsonra bəlkə gedə.

Dedim:

- Yox, bir beləmüddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir.

Dedilər:

-Onla gərək faytonla gedəsən.

-Çox gözəl, - deyib faytonçu çağırdım.

Yəniəslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir,işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi,dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım:

-Bala, faytonun sazdımı?

-Belə faytonum var ki, avtamabel onun yanında heçdir!

-Məni Şuşaya neçəyə aparacaqsan?

-Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin çənə-bazarla daaran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm...

-Əlbəttə, qurtaran söz yaxşıdır.

-Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram...

-Məni nə vədə Şuşaya yetirərsən?

-Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan.

-Yəqin?

-Bəlkə bir az da tez... Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saatona şəkkin olmasın.

-Xub, get qoş, gəl.

Faytonçugetdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırımkimi stansiyaya tərəf çapır. Çıxıb əyləşdim. Faytonçu əlini havaya qaldırıb,bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətləyola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminəniki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə.Gördüm bu yerişlə iki günə məni mənzilə aparıb çıxartmayacaq.

Dedim:

-Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxtŞuşaya çatacaqsan?

Budəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi:

-Vaxtında çatarıq.

Beşsaatdan sonra "Bərdə bazarına" varid oldum. Çox gözəl bazardır. Yoluno tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş.Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinəsu, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan.Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib,malı üçqat artıq qiymətə satmayan adamlardır. Bərdə bazarında gördüm aclıq mənəəl verib, faytonçudan xəbər aldım:

-Burada çörək yeməyə bir yer tapılmayır?

Dedi:

-Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var. Orada nahar eləyəbilərsən.

Restoranatərəf gedib, gördüm qapının ağzında İki dənə samovar qoyublar, rəngləriqapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər?

Faytonçugülüb dedi:

-Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir.

Təəccübeləyib restorana daxil oldum. Restoranın təmizliyinə söz yoxdur. Divarlarınınyanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənardakürə qurulub. Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürəninarxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədiklərixörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörəkyeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir.

Birnəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırxsinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyübburnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampakəndli ilə mübahisə eləyirdi:

-Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram. Pavestkagətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi,budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub harayagedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənimbalalarımın cavabını sən verəcəksən.

Hampadeyir:

-Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu,inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başımyarılsın. Məgər mən işin olanını deməmişəm? Soruşdu: uçtel haraya gedib, mən dədedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərsgətirməyə?

-Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məniçıxartmağa çoxdan bəhanə axtarırdı!

-Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm.

-Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllimgəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə,nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndənsonra gələni necə yola aparacaqsınız!

Mənheyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim. Bunlarımübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər,yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsənrestorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağıvar, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndənbir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağdabir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallahcəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağanalıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadıdamağımdan getməyib.

Mənnahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı. Axır müəllim nəlbəkiyəbir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi vəocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutubdedi:

-A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Bircə qulaq as, görmənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir.Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir,İki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy,haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə. Bir gün bir neçəağsaqqal yığılıb getdik işkolaya ki, görək "dərs gətirmək" nəyədeyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı:

-Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib,sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdansonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına biraz qalmış "Qarğa dolanmaza" çatdım. Sürdüm birbaş Çərkəz bəyinqapısına. Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər.Özümüz getdik otağa, əyləşdik.

Çərkəzbəy dedi:

-Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm.

Dedim:

-Mən ov ətindən dolma eşitməmişəm.

Dedi:

-Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızıbağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm.Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngigötürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarınyarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm.Yanında da yaxşı təzə qatığı. Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıbgünortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım...

Xülasə,uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonraüzünü tutdu uşaqlara:

-Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər?

Uşaqlardanbir neçəsi barmaq qaldırdılar.

-Qeydarov, söylə görək.

Uşaqdurdu ayağa:

-Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana...

-Nə günü idi?

Uşaqdayandı.

-Qasanov, sən de!

-Mirzə, şənbə günü.

-Hə, barakallah! Qeydarov, dalını söylə!

-Şənbə günü... Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz. ikisaatdan sonra gördünüz ki, atını göndərib.

-Kimnən göndərib?

-Öz nökərinən.

-Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm.

Bunöv uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər.Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, İki həftədən sonra təzə dərsgətirirdi!.. Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdançıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölükçoluqçocuğu var, yazıqdır!

Çığırtmanınpulunu verib çıxdım. Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm faytonqoşulub. Minib yola düşdük. Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içindətikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaqnə qədər baxdım, kəndi görə bilmədim. Faytonçu burada dayanmayıb adladı. İkisaat sonra yetişdik Qərvəndə. Burada faytonçu faytonu karvansaraya sürüb dedi:

-Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan. İnşallah gecəyarısı, Ay doğanda yola düşərik.

Qərvənddəcamaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini,kömürçünü, arabaçını... dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur. Kəkilbəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediklərinəgörə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayınınüstündə əyləşərdi və on İki oğlu da səf çəkib, qulluğunda durub onun əmrinigözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərinövladından bir kənd əmələ gəlib. Faytonçudan nömrələrin yerini xəbər aldım,qabağa düşüb dedi:

-Buyur!

Məniİkimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım.Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi,dayadı divara, dedi:

-Nömrə lazımsa buyurun, çıxın yuxarı.

Soruşdumki:

-Məgər bu nömrələrin yolu yoxdur?

Dedi:

-Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanıgötürürük.

YadımaTiflis düşdü. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adıda Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndivar idi və İki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özüdə sərtib xaric əz fevc idi.Q olovinskiyə çıxanda paqonları günkimi parlayırdı.Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm vəaxırda da aramızda bir dostluq əmələ gəlmişdi. Tiflisdə onun bir işi yoxdu. Məhzbir qədər kef aparmaq üçün buyurmuşdu. Özü buyururdu:

-Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüdqalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik.

Mənhər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə dəsaat İkidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim.

Birsübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir:

-Befərma!

Daxilolub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğripapaq, ağlayır:

-Xan, nə vaqe olub?

-Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımıqoyublar.

Qayıdıbevdən öz libaslarımdan bir dəst gətirib xana verdim. Rəştə teleqram çəkib, beşmin tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi:

-Mən Qolovinskidə paqonsuz görünə bilmərəm.

ƏgərTiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənziliniyarmazdılar.

Yuxarımərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrinbirində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər:

-Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçəkçıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir.

Buda mənim çox xoşuma gəldi. Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəfyola düşdüm. Üç-dörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu,Ağdam bazarı idi. Ağdam bazarı böyük bir meydançada vaqe çargül tİkilmiş, içərisi,çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıqmeydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdənmal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar. Bir yandaçuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun vəqaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar.Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır.

Hərbazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançılarında alış-verişləri öz qaydası ilə. Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlbelədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyuazından bir sajen. Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə kigördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onunpapağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir faydaverməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq.

Ağdambazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar.Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindənqalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir.

Məsələn,orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona

borcludurlar.Puluna da ildə altmış faiz alır.

İndiyuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-imanoldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən dəxəbər aldım. Dedilər ki, hacı burada hiyleyi-şəriyyə eləyir.

Hiyleyi-şəriyyəHəzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahişeləyən oxuya bilər ki, xudavənditəbarəkə və təala Həzrət Əyyub əleyhissəlamıimtahana çəkmək istədi. Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəniyara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrətancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbitutub buyurdu:

-Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım gün sənəyüz çubuq vuracağam.

Həzrətimtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəfetdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü.Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərəaldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandanqəsəm yad eləmiş olardı.

Həzrətçox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinəvurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməledib həqiqətdə arvada yüz çubuq vurdu. Hiyleyi-şəriyyə budur.

İndigörək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir. Tutalım, bir nəfər bəy gəlibhacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərəkaltı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdənbir ədəd bir abbasılıq yaylıq götürüb deyir:

-Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu daaltı aydan sonra verəsiniz?

Bəyrazı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu vəyüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır.

Hiyleyi-şəriyyəbelə də olur:

Məsələn,bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manatmədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada dahiyleyi-şəriyyə imdada gəlir. Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüzmanata qiymət edib, anasının südü kimi yeyə bilər.

(ardı var)


TƏQVİM / ARXİV