“Nu, poqodi, zayats!”

OĞUZ AYVAZ
34961 | 2017-09-27 14:25

Bəzən xırda bir əngəl həyatımızın tarazlığını poza bilir. O qədər çarəsiz bir vəziyyətdə ola bilərik ki, burdan çıxış yolu tapa bilmərik. Əslində isə, o kiçik maneənin bizim həyatımıza, altına girdiyimiz yükə dəxlisi yoxdu. Sadəcə ondan aslı olduğumuz üçün yaranan situasiya bizi çaş-baş qoyur.

"Nupoqodi” çizgi filmində belə bir epizod var: canavar özünə güvənərək ağırlığı qaldırmağa cəhd edir. Nəticədə, o, bunu bacarır. Lakin haradansa uçub gələn və ağırlığın üstünə qonan kəpənək ona mane olur, tarazlığı pozur. Bu zaman canavar gülünc vəziyyətə düşür. Artıq onun üçün ağırlıq yox, haradansa gəlib çıxan kəpənək önəmli yer tutur. Böyük işin altına girdiyinin fərqində olmadan canavar özünü çıxılmaz bir vəziyyətin pənçəsinə atır. Artıq onun üçün uğurun tək səbəbi kəpənəyi ordan uzaqlaşdırmaqdı. Lakin başının üstündəki ağırlıq taleyi kimi onun yaxasını buraxmır. Canavarın seçimi bizə gülünc gəlir. O, kəpənəyi uzaqlaşdıraraq ağırlığın öhdəsindən gələcəyini düşünür və nəticədə, güc-bəlayla qaldırdığı ştanq əlindən düşür. Kəpənək isə artıq işini bitirmiş biri kimi ordan uzaqlaşır...

"Nupoqadi” cizgi filmi bütün insanların düşəcəyi bir situasiyanı komik tərzdə görünüşlə tamaşaçıya çatdırır. Gəlin, bir anlıq düşünək ki, canavar xoşbəxtliyə qovuşmaq istəyir. Bunun üçün o, dovşanı tutmalıdı. Həyatımız xoşbəxtliyimizin arxsınca düşməyə bənzəyir. Mənə bəzən elə gəlir ki, canavar dovşanı çox asanlıqla tuta bilər, lakin onun qarşısına çıxan xırda əngəllər bunu reallaşdırmır. Hər dəfə məğlub olan canavarın bir az əsəbi, bir az da özünə güvənərək: "Nupoqadi zayeç!” deməyi onun təzədən xoşbəxtliyə can atmağından xəbər verir. Onun bu halını bircə cümləylə ifadə etmək olar: məğlub olduğunu bilə-bilə döyüşmək qazanmağın yarısıdır.

"Don Kixot”u xatırlayaq. Don Kixot və Sanço Pansa öz mübarizələrinin nə olduğunu anlamır, maraqlı bir macəra yaşayacaqlarına inanaraq hərəkət edirlər.

Don Kixot edə bilməyəcəyi işlərin altına özü girir və parodiyaya çevrilir. Sanço Pansa bu baxımından ağasından bir az fərqlənir. Məsələn, ona Don Kixotun sevdiyi qadının (cəngavərlik romanlarında deyilir ki, hər bir cəngavər mütləq öz könül yoldaşını tapmalıdır...

...Uğurun, qalib gəlməyin tək yolu xırda əngəlləri dəf etməkdi. "Nupoqadi”dəki canavar və Don Kixotu ortaq nöqtədə birləşdirən onların saflığıdır. Məğlub olsalar belə, doğru bildikləri yoldan azmır, heç kimə mane olmurlar. Qazanmaq istədikləri üçün isə manelər onların yaxasını buraxmır...

TƏQVİM / ARXİV