ANA SƏHİFƏ / MARAQLI

Həyatını heyvanlara fəda edən adam

9487    |   2017-12-07 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gökçer Korkmaz... Yazın bu adı bir kənara... Ya da elə bu dəqiqə sosial şəbəkələrdə izləyin.

Instagram ünvanı, "hayvan_sever_gokcer_korkmaz”

Türkiyədə yaşayan gənc bir oğlan sözün tam mənasıyla heyvansevərdir. Gəzdiyi, gördüyü hər yerdə pişkləri, itləri, quşları, bütün heyvanları əlindən gəldikcə bəsləyən böyük ürəkli insandır. Uşaq yaşlarında da heyvanları sevən qəhrəmanımız, indinin özündə də həyatını heyvanların yaşamını xilas etməyə, onları sağaltmağa fəda etmişdir.

Öz imkanları və könüllülərin dəstəyilə hər gün yeni bir heyvanın müalicəsi və baxımı ilə maraqlanır.

Göçker uşaqlığını danışır: "Babaeski mahalında dünyaya göz açdım, böyüdüm. Anam Bolqarıstan, atam isə Yuqoslaviya köçmənidir. Tək uşağam. Anam və atam mən 10 yaşında ikən ayrıldılar. Şəhərin biraz uzağında babamın yanına köçdük. Kirpili, qoyun-quzulu, itlərlə, pişiklərlə dolu bir evə. Babam müdhiş bir insan idi. Əsl təbiət adamıydı. Küçədən sahibləndiyi bir iti vardı, hər yerə onunla gedərdi. Babam, on baba gücündəydi.


"Yaxşı bir insan olmaq necə olamlıdı?" sualını mən onda gördüm. Heyvanları çox sevirdi, çiçəklərlə danışırdı, böcəklərlə belə söhbət edirdi!

Yaşadığı məhəllədə küçə itlərini, pişilərini bəsləyən Gökçə bu sevginin uşaqlığından qazanmışdı. Babası aşılamışdı bu sevgini ona.

"Velosipedimlə gəzir, yerlərini tapır, yemək aparırdım. Böyüdükcə bir məhəllə, daha bir məhəllə tapırdım. Nağılardakı kimi biraz daha uzağa gedim, biraz daha kənara gedim" deyə-deyə bir gün o zibilxananı fərq etdim. Orda onlarla göz-gözə gəldim. Bir sürü unudulmuş heyvan. Su yox, yemləri yox. Xəstlər. Şikəstlər. Bir qismi doğmuşdu. Balaları pərişan gündə. O an dedim ki, "Mən bu gördüklərimi görməzdən gələ bilmərəm. Normal bir həyata geri qayıda bilmərəm!" O gün bu gündür, o zibilliklərdəki heyvanları bəsləyirəm, gündə iki dəfə ora gedirəm...

Akdeniz Universitetinin Turizm bölümünü yarıda buraxan Gökçer, o vaxtlar üçün belə deyir: "Xoşbəxt deyildim. Həyatdakı məqsədim xəyallarımla bağlı deyildi.”

Gökçerin xəyalı isə beləydi: "Məktəbdə müəllimlər hərkəsə "böyüyəndə kim olacaqsız? Nə olmaq istəyirsiz?” sualını soruşardılar. Kimi müəllim, polis, memar, həkim və sariə olmaq istəyirdi. Bütün qəlbimlə mənim də bu suala verdiyim cavab belə idi: "Mən kimsəsiz uşaqlara yardım edən bir işdə çalışacam. Mən evsizlərə kömək edə bilcəyim işdə çalışacam. Mən küçədə fiziki qüsurlu insanlara kömək edəcəyim işdə çalışacam. Mən qocalar evində - babaları, nənələri tərk edənlər kimi deyil, onlara baxan bir yerdə çalışacam. Mən ağac əkilən yerdə çalışacam. Və mən ən çox da kimsəsi olmayan bütün heyvanlara yardım edəcəm, onları xoşbəxt etmək üçün bir yerdə çalışacam.”

"Hələ də o günlərdə söylədiklərimin, hiss etdiklərimin izindəyəm. Məktəbdə oxuduğum vaxtlarda fərqinə vardım ki, məktəb xəyal etdiyim bir yer deyil. Məktəb, hər şeydən öncə bir uşağın yaxşı ürəkli bir insan olaraq yetişməsini hədəfləməliydi. Halbuki məktəblər müharibələri öyrədir amma müharibənin niyə pis bir şey olduğu haqqında hər hansı bir şey öyrətmir. Təbiət haqqında bütün şeylər öyrədir amma həqiqətən təbiəti sevməyimiz gərəkdiyini, onu niyə qorumağımız gərəkdiyini anlatmır. Bütün heyvanlar öyrədilir amma heyvanları sevməyimizin gərəkliyini, onlara yardım etməyimiz gərəkdiyini anlatmır, öyrətmir.”


"Böyük ürəkli uşaqlar olmağımızı veclərinə almırlar”

"Yaxşı insan olmaq, mərhəmətli olmaq, paylaşmaq, möhtac içində olan hər canlıya yardım etmək, yaşamlara hörmət göstərmək kimi bizi yaxşı ürəkli bir insan edəcəklə bağlı mövzular dərslərdə keçirilmir. Məktəblər əzbər bilgilərlə doldurulmuş, bir növ peşə sahibi robotlar olmağımızı istəyir sanki. Yaxşı ürəkli insanlar, geniş qəlbli uşaqlar olmağımız o qədər də veclərinə deyildi. Bu işdə yanlış vardı və hələ də çox təməl, çox vacib, ən vacib bir yanlış var” deyə də təhsil sisitemilə bağlı düşüncələrini əlavə edir Gökçer abimiz.

2008-ci ildən vegeterian, 2012-ci ildən veqan olmağa qərar verən Gökçer, "Yaşamaq haqqı, kainatda var olan hər canlı üçün qutsaldır. Bizdən gücsüz heç bir canlının yaşamı tərifsiz acılar ilə iztirab, köləlik və zülm ilə oğurlamağa haqqımız yoxdu, ola bilməz və olmamalıdır.

Heyvanları sevirsənsə, bu yaşayan, yaşamaq istəyən hər heyvanı içinə alacaq bəşəri, heç bir təmənna güdmədən sevgi hissin olmalıdır. İnsan olmanın əsas zərurəti sevgi, mərhəmət, empatiya, yaşamağın qutsallığı bunu tələb edir. Mən, özümü, başqa bir canlının çəkdiyi acı, istirab və ölümüylə bəsləyəməm” deyə istismar edilmədən bir həyata keçidinin səbəblərini açıqlayır.

Gökçer feysbuk profilindən hər gün paylaşdığı sosial mesaj verici video çarxlarla, statuslarla, fotolarla insanlara, xüsusən də uşaqlara ulaşmağa çalışır. Özəliklə heyvan sevgisi ilə bağlı əlaqəli mesajlar paylaşır, çünki heyvan sevgisinin dünyadakı digər bütün sevgilərin üstündə olduğunu qeyd edir.


Daha çox insana çatmalıyıq

Gökçer heyvan sevgisiylə bağlı daha çox xəbərin, reklamın, köşə yazılarının və.s olmağı gərəkdiyini vurğulayır: "Daha çox insanın xəbərdar olmağı üçün, hər canlı üçün, sevgi xəyalı quran və içindəki hissi hərəkətə keçirməyi gözləyən insanlara çata bilmək üçün digər həssas, əmək sərf edən insanlarla bağlı daha çox xəbərlər edilməlidir. Hesab edirəm ki, jurnal, televiziya və qəzet kimi kommunikasiya vasitələri də bu məsələdə həssas olmalıdır ".




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK