adalet.az header logo
  • Bakı 21°C
26 Sentyabr 2017 17:03
16904
MARAQLI
A- A+

FACEBOOK bağlanır

Rusiyanın mediaya nəzarət qurumu "Roskomnadzor” (Rabitə sahəsində informasiya texnologiyaları və kütləvi kommunikasiyaya nəzarət üzrə Federal xidmət) dünyanın ən böyük sosial şəbəkəsinin 2018-ci ildə Rusiya istifadəçiləri üçün bağlanacağını bildirdi.

Adalet.az rus mediasına istinadən xəbər verir ki, "Roskomnadzor”un rəhbəri Aleksandr Jarovun sözlərinə görə, Feysbuk Rusiyada qadağan olunan Linkedin-in aqibətini təkrarlaya bilər.

Məlumat üçün bildirək ki, Feysbukun qurucusu Mark Zukerberq öz hesabında paylaşdığı videoda Rusiya ilə bağlı qalmaqallı iddialar səsləndirmişdi.

O, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və bunu Feysbuk vasitəsilə həyata keçirdiyini bildirib. Rusiya da öz növbəsində, deyilənlərin absurd olduğunu və sosial şəbəkənin bu ölkədə qadağan ediləcəyi ilə hədələyib.