adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Sentyabr 2017 16:18
20446
MƏDƏNİYYƏT
A- A+

Dünyanın ən qalmaqallı filmləri

Dünya kinosunda ən qalmaqallı, mübahisəli və cəmiyyətdə tabuları qıran bir çox filmlər var.

Adalet.az qalmaqallı filmlərdən daha çox maraq doğuranları təqdim edir.







"İsanın sonuncu günahı” - Martin Skorseze


Rejissorun yozumuna görə, Allah tərəfindən seçilmiş adi dülgər İsa taleyin çətin yükünü daşımağa məcburdur. Əgər çarmıxdan azad olsa onun son istəyi gələcək həyatını Məcdəlli Məryəm ilə bağlamaqdır. Qızğın mübahisələrə səbəb olmuş film katoliklər tərəfindən "kafirlik" kimi dəyərləndirilmişdi.



Müsəlman aləmini hiddətləndirən film


Müsəlman dünyasında ciddi etirazlara səbəb olan "Müsəlman Məsumiyyəti" filminin rejissoru Sem Beysl adlı şəxs həyatda mövcud deyil. Bunu "Associated Press"in jurnalisti müəyyən edib. Belə ki, əslində rejissor olduğu deyilən yəhudi Sem Beysl adlı insanın olmadığı müəyyənləşdirilib.

Sentyabrın 12-də AP əməkdaşı Los Anceles yaxınlığında Nakuli Bessli Nakuli adlı şəxsdən müsahibə götürüb. O, film çəkilişlərində köməklik göstərdiyini deyib. Besslinin sözlərinə görə, o, kopt-xristiandır və filmdə İslamın hədələdiyi kopt xristian icmasının dəstəkləməsi üçün çəkilib. O, rejissoru şəxsən tanıdığını iddia edib.

Jurnalist araşdırıb ki, Nakula 2010-cu ildə federal bankda dələduzluq etdiyi üçün Kaliforniyada 21 aylıq həbs cəzası çəkib və 800 dollar çərimə edilib. Beş il ərzində onun kompüterdən və internetdən istifadə hüququ yoxdur. Öz adından savayı Nakula bir neçə başqa ləqəbdən də istifadə edib.

AP Sem Beyslin mobil telefonunun nömrəsini də tapıb. Bu nömrə agentlik əməkdaşını Nakula ilə görüş olan yerə gətirib çıxarıb. Bundan öncə isə jurnalist özünü Sem Beysl adlandırılan şəxslə əlaqə yarada bilmişdi. O, özünü İsraildə anadan olan 56 yaşlı yazıçı və rejissor, Kaliforniyada daşınmaz əmlak satışı ilə məşğul olan kimi təqdim etmişdi.

İsraildə isə ölkə vətəndaşları arasında Abu adlı adamın olmadığı bildirilib. "You Tube" da olan bu adlı akkauntda isə onun 74 yaşı olduğu göstərilir. Kaliforniyada lisenziya verilənlər arasındada bu adlı adamın olmadığı bəlli olub.

ABŞ-da müqəddəs "Quran"ı yandıran rahib Terri Cons da Sem Beyslın rejissorun gerçək adı olmadığını deyib. Rejissorla telefonda danışığında Cons onun gizləndiyini və şəxsiyyətini açıqlamadığını deyib.

Filmdə oynayan aktyorlar isə filmin anti-İslam xarakter daşıdığını bilmədiklərini qeyd ediblər. Bəzi ifadələr isə dublyaj zamanı təhrif edilib.


"Lolita” – Stenli Kubrik


"Lolita" - Vladimir Nabokovun 1955-ci ildə qələmə aldığı roman. İngilis dilində yazılıb və ilk dəfə 1955-ci ildə Parisdə "Olimpiya Press" nəşriyyatında dərc olunub. XX əsrin ən görkəmli kitablardan biri sayılır: The Modern Library bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yeri alıb.

Roman iki dəfə ekranlaşdırılıb. İlk "Lolita” filmini Stenli Kubrik 1962-ci ildə çəkib. Stenli Kubrikin  "Lolita” romanı əsasında çəkilmiş (1962) ekran işində səs-küyə səbəb azyaşlı qız ilə intim səhnə idi və "Katolik legion” təşkilatı məlum səhnəyə düzəlişlər olunmasını tələb etmişdi.

Lolita roluna əvvəlcə Natali Portman dəvət edilmişdi. Ancaq o, dini düşüncələrinə görə filmdə oynamaqdan imtina etdi. Portman dini qaydalara əməl edən yəhudidir. Belə də deyirlər ki, Portmanın valideynləri də onun bu roluna qarşı çıxıblar.

Film Ştatlarda birmənalı qarşılanmadı, Avstraliyada isə prokata buraxılmadı, yalnız iki il sonra qadağa aradan qalxdı, ancaq bu dəfə sərt məhdudiyyətlər filmdən yan keçmədi.

İkinci ekran işinin ssenarisi Kubrikin "Lolita”sının ssenarisinə baxanda romanın mətninə daha yaxın idi. Ssenarist Stiven Şiff deyirdi ki, filmin müəllifləri Kubrikin işinin remeykini çəkmək deyil, bu dahiyanə romanı ekranlaşdırmaq istəyirdilər.


"Davinçi kodu" filmi


Bir neçə il bundan əvvəl xəbərlər proqramlarının birində belə bir məlumat yayılmışdı: "Qafqaz müsəlmanları idarəsi" Davinçi kodu" adlı kinofilmin qadağan edilməsi üçün Mədəniyyət Nazirliyinə rəsmi müraciət göndərib. Müraciətdə filmin ssenarisinə irad tutulur, İsa peyğəmbərin təhqir olunduğu bildirilirdi. Onu da qeyd edək ki, buna qədər filmin nümayişinə Hindistanda, Rusiyada və bir çox Avropa ölkələrində qadağa qoyulub. Hətta məşhur Kann kinofestivalında "Davinçi kodu" kinosu çoxsaylı tənqidlərə məruz qalıb.

"Davinçi kodu" filmi dahi rəssamın "Gizli şam yeməyi" adlı əsərinin nümayişi ilə başlayır. Belə ki, həmin rəsmdə İsa peyğəmbərin silahdaşları ilə birlikdə şam yeməyi mərasimi təsvir olunur. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lakin son dövrün araşdırmaları sübut etmişdir ki, mövcud rəsm əsərində Leonardo da Vinçi bəzi gizli mətləblərə aydınlıq gətirməyə çalışmışdır. Daha dəqiq desək, o, İsa peyğəmbərin yanındakı adamın Mariya Maqdalina olduğunu göstərmək istəyibmiş. Deyilənə görə, bu qadın peyğəmbərin arvadı olmuşdur və onların nikahından bir qız uşağı dünyaya gəlmişdir. Filmdə Leonardo da Vinçinin başqa əsərləri və əlyazmalarındakı məxfi kodlardan (işarələrdən) da sitat gətirilmişdir.


"Nanak Şax Fakir” - Sartay Sinqx Pannu filmi


Hindistanlıların inandıqları sinqxizm dinini ekranlaşdıran rejissor cəmiyyətin etirazına səbəb olub. Sinqxizim dininə görə, peyğəmbər Qurunu cəmiyyətə insan obrazı kimi göstərmək günahdır. Buna görə də rejissor təzyiqlərə məruz qalıb.


"Eybəcərlər”filmi


"Eybəcərlər” Amerika yazıçısı Tom Robbinsin qısa hekayəsinin sərbəst yozumudur. Ssenari üzərində bir neçə nəfər beş ay ərzində işləyib.

Broununiq kastinqə Amerikada fəaliyyət göstərən bütün - fiziki qüsurları olan səyyar sirkçiləri dəvət etmişdi. Onların çoxu həqiqi adı ilə iştirak edib.

"Eybəcərlər”in xronometrajı 90 dəqiqə olsa da, test baxışı zamanı studiya rejissordan filmin yenidən montajını tələb etdi. Nəticədə film 64 dəqiqə oldu. Çünki test baxışda iştirak edən tamaşaçılardan biri studiyanı məhkəmə ilə hədələyib. O, bildirib ki, bu filmdən sonra o, bətnindəki körpəsini itirib.

Amerika publikası rejissorun təklif etdiyi bu açıqlığa hazır deyildi. Ona görə film iflas oldu, uzun illər arxivdə qaldı. Bundan başqa çox ölkədə qadağan edildi.

1961-ci ildə film yenidən ekranlara çıxarıldı və kult statusu aldı.

Film hələ də Amerikanın bir neçə ştatında qadağan olunub.

Bu film 1960-cı illərdə nonkonformist mədəni cərəyanlara böyük təsir elədi. Məsələn, müasir foto sənətinin klassiklərindən biri Diana Arbusa ciddi təsir göstərdi. Arbus da əsasən fiziki qüsurlu adamları çəkirdi. Rejissor Devid Linç isə "Fil adam”ı (1980) bu filmin təsiri ilə çəkib.