Aqil ABBAS: BƏRZANİ ÜÇÜN ATƏT-in MİNSK QRUPU

AQİL ABBAS
72330 | 2017-09-27 10:00

Şimali İraqdakı KürdüstanMuxtar Vilayəti heç kimi vecinə almadan ayın 25-də öz müstəqilliyi üçün referendum keçirtdi.Və əhalinin təxminən 94 faizi müstəqilliyə «əvət» dedi.

Bu da təbiidi. Hərbir xalq, hər bir millət istər ki öz dövləti olsun. Dağlıq Qarabağdakı 70-80 minermənidən beş, on, on beş milyonluq kürdün nəyi əksikdi ki?

Bir də ki dünya DağlıqQarabağa gözün üstə qaşın var demirsə, Bərzaniyə heç deməyəcək.

Yəqin ki, Kürd dövlətininyaranmasına rəvac verən ABŞ və Avropa dövlətləribir dənə də ATƏT-in Minsk qrupunu Bərzani üçün yaradacaqlar, üç-dörd dənə də ipləməhəmsədr onlar üçün tapacaqlar. Bu ipləmə həmsədrlər də bir 20-25 il, bəlkə də biraz çox İranda, İraqda, Türkiyədə yeyib-içib kef eləyəcəklər, pay-pürüşləri də özyerində. Üç dənə də qu tükündən yastıq düzəldib birini Türkiyəyə, birini İraqa,birini də İrana verəcəklər.

Sonra Lissabon anlaşması,nə bilim Minsk sözləşməsi, Brüssel sövdələşməsi… müzakirələr başlayacaq ey.

Sonra dünyanın müxtəlifölkələrində nümayəndəliklərini açacaqlar. Dünən oxudum ki, artıq bir amerikalı diplomatqeyri-rəsmi də olsa Ərbildə səfir kimi fəaliyyətgöstərir. Sonra ABŞ-ın senatorları gələcək, Avropanın deputatları gələcək , Fransanınşəhərləri «Kürdüstanın» şəhərləri ilə bacı-qardaş olacaq, onlar üçün də yağı üstündə qəttəzə baronessa kokslar ortayaçıxacaq, lapşinlər gedib məqalələryazacaq, bir sözlə, at gəldi örkən apardı, it gəldi çarıq .

Yadımdan çıxmışdı,monitorinq qrupları yaradacaqlar, onlar da həftə səkkiz mən doqquz İranla, İraqlavə Türkiyəylə sınırlarda sülənəcəklər ki,atəşkəs pozulub, pozulmayıb.

Düzdür, Türkiyə biraz çox əsəbləşəcək (istədim yazım atılıb-düşəcək, dedim yaxşı deyil), onun da səmminialacaqlar, deyəcəklər Avropanın qapılarınıaçırıq sizin üçün, siz də onların qapılarınıaçın. Təbii ki, qardaşlarımız da axıb gedəcək. ABŞ da, Avropa da Türkiyənin yumurtasını çoxdan vurub dişinə.

İraq mərkəzi hökumətidə yaman özündən çıxıb. İraq Mərkəzi Hökuməti! Bunu eşidəndə gülməyim gəlir. İraqda hökumət var ki, mərkəzi də ola? Bu MərkəziHökumət heç Bağdada yiyəlik edə bilmir, onda ki Ərbilə yiyəlik edə. İraqda barmaqsayından çox başqa dövlətlərin qoşunları var, kim nə istəyir edir, kim kimi istəyiröldürür, kim hansı kəndi istəyir yandırır. İraq Mərkəzi Hökuməti! Yox bir AmerikaBirləşmiş Ştatları.

ABŞ başda olmaqlaAvropa dövlətləri az qala yüz ildi bu planın üstündə işləyirlər, İran, İraq, Türkiyəindi xəbər tutub?

Belə bir lətifə vardı.Müharibədən sonra bizim dağ camaatından bir qrup gedir Stalinin görüşünə. Deyirlər:

- Səndən küsmüşük.

Stalin təəccübləsoruşur:

- Niyə?

- Beş ildi müharibə olub bizə xəbər eləməmisən.

İndi yüz ildi qızevində toydu, İranın, İraqın, Türkiyənin xəbəri yoxuymuş?! Əslində bu da bir nağıldı. Və bu nağılda göydən üç alma düşmür. Üç dənə daş düşür, özü də bu daşlaryana-yana düşür, meteorit kimi. Biri İrana,biri Türkiyəyə, biri də İraqa. Və bu meteoritin qəlpələri qonşu ölkələri də vurabilər.

Baxıramhər üç ölkə «vuraram ha!» deyir. Vuran oğul ABŞ-a güvənməz, öz millətinə, öz dövlətinəgüvənər. Vuraram ha! Nəynən, Alış?

Kefelə, Bərzani! Yaşasın ATƏT-in Minsk qrupu! Yaşasın Birləşmiş Millətlər Çayxanası!Ura!


TƏQVİM / ARXİV