adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Sentyabr 2017 12:48
21547
KRİMİNAL
A- A+

Gədəbəydə ata-anasını öldürən oğul tutuldu

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.

Adalet.az-ın məlumatına görə, Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.

Məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki,Ş. Məsimov ata-anasını Şəmkir rayonunda yaşayan bacısına görə qətlə yetirib. O, bacısını müəyyən səbəblərə görə qəbul etməyib, ata-anasınaonu evə buraxdıqlarına görəetiraz edib.

Məlumatlarda o da bildirilir kİ, Ş. Məsimov bacısını və onun övladını da qətlə yetirmək niyyətində olub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.