adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2017 17:19
12770
ƏDƏBİYYAT
A- A+

Azad Qaradərəlinin imza günü olacaq

Beynəlxalq Kitab festivalı çərçivəsində Azad Qaradərəlinin imza günü keçiriləcək.

Adalet.az-ın məlumatına görə imza günü sentyabrın 28-də, saat 15:30-dan 16:30-a kimi baş tutacaq.

Müəllif "Kuma-Manıç çökəkliyi” romanını, habelə İstanbulda yenicə çapdan çıxmış "Süd gölü” hekayələr toplusunu oxucular üçün imzalayacaq. Müəllif Orxan Qaravəlinin iştirakı ilə Azad Qaradərəlinin türkcədən çevirdiyi "Tanıdığım Nazim Hikmət” kitabı da kitabsevərlərə təqdim olunacaq.

Xatırladaq ki, 28-30 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası keçiriləcək.