adalet.az header logo
  • Bakı 16°C
25 Sentyabr 2017 16:55
19164
MƏDƏNİYYƏT
A- A+

24-cü Adana Film Festivali başladı

Beynəlxalq Adana Film Festivalı və ya Adana Qızıl Qoza Film Festivalı, hər il Adana şəhərində təşkil edilən beynəlxalq bir film festivalıdır. Festivalda münsiflər heyəti, işçiləri və oyunçular tərəfindən seçilən filmlərə "Qızıl Qoza" mükafatı verilir.

Festival ilk olaraq 15-22 May 1969 tarixləri arasında Qızıl Qoza Film Festivalı başlığı altında təşkil edildi. Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı olaraq adlandırılan festival, 2016-ci ildə Beynəlxalq Adana Film Festivalı olaraq dəyişdirildi. Festivala Beynəlxalq uzun metrajlı film, Tələbə Filmləri Yarışması, Dünya Kinoları Nümunələri, Xüsusi Bölmə, Qısa Film Bölmələri daxildir. Bundan əlavə, 2015-ci ildə ilk dəfə olaraq "Adana Ssenarisi Yarışması" da festivalın müsabiqə bölmələrinə əlavə edilmişdir.


Adana Böyükşəhər Bələdiyyəsi başqanı Hüseyn Sözlü və türk kinosunun unudulmayan aktrisası 66 yaşındakı Selma Güneri, 24-cü Adana Film Festivalının açılışını Atatürkün büstünə çələng qoyaraq etdi.

Festivalın ilk günündə Adana Teatr Dərnəyinin "Teatrlar Festivalda” başlığıyla altında atelye çalışmaları, kinematoqrafçı və istehsalçıların şouları, dublyaj şouları, küçədə film musiqisi, rəqs nümayişləri və canlı heykəl şouları gərçəkləşdi.

Qeyd edək ki, festival 1 həftə davam edəcək.