adalet.az header logo
  • Bakı 20°C
25 Sentyabr 2017 16:12
37928
TEXNOLOGİYA
A- A+

“Skype”ın işində qüsurlar yaranıb

"Skype” xidmətinin işində qüsurlar qeydə alınıb.

Adalet.az-ın məlumatına görə, Avropanın bir sıra ölkələrində, Rusiyada, Ukraynada və Belarusda istifadəçilər ismarıcların göndərilməsində və qəbul edilməsində çətinliklərlə üzləşib.

Bundan başqa, bəzi hesablara girişdə də çətinliklərin olduğu bildirilib.

Qeyd edək ki, "Skype”ın işində avqustun əvvəlində də qüsurlar qeydə alınmışdı. Xatırladaq ki, həmin vaxt Avropa və Şimali Amerika ölkələrində istifadəçilər çətinliklərlə üzləşmişdi.