adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Sentyabr 2017 15:43
18547
MARAQLI
A- A+

Professoru itlər yedi

"İt adamı dişləsə xəbər olmaz”, amma "adam iti dişləsə xəbər olar” sözünü çürüdəcək bir hadisə Yunanıstanda baş verib.

Adalet.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu qəzetlərindən "The Times”, Yunanıstanda arxeoloji sahəni gəzən Oksford Universitenin qadın professorunun küçə itlərinin hücumuna məruz qaldığını yazıb. İddialara görə, 63 yaşındakı qadın itlərə yem olaraq ölüb.

Bir neçə gün xəbər alına bilməyib. Daha sonra polis qadının izini tapıb. Polisin açıqlaması belə olub: "Qarşılaşdığımız mənzərə çox drammatik idi. Qadının bədəni paramparça olmuşdu. Təcrübəli tibbi ekpertlərimiz belə gördükləri qarşısında dəhşətə gəldilər”

Qeyd edək ki, Yunanıstanda 1 milyondan artıq küçə iti olduğu təxmin edilir.