adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Sentyabr 2017 14:04
15908
DÜNYA
A- A+

“PUTİNƏ YAXŞI MÜƏLLİM TAPA BİLƏRƏM”

Bu sözləri məşhur pianoçu, Rusiyanıın Xalq artisti Denis Matsuyev prezident Putinin pianinoda növbəti ifasını dinlədikdən sonra deyib və əlavə edib ki, əgər Putin ondan fortopiano dərsləri keçmək üçün müəllim tapmağı xahiş eləsə, bu xahişi məmuniyyətlə yerinə yetirər , ona yaxşı bir pedaqoq tapa bilər. Xatırladaq ki, Putin

bu yaxınlarda Çin lideri ilə görüş öncəsi növbəti dəfə piano arxasına keçərək Vasili Solovyov-Sedovun "Nevanın dalğaları üzərində şəhər” və Tixon Xrennikovun "Moskva pəncərələri” mahnılarını ifa edib. Matsuyev daha sonra əlavə edib ki, prezident tez-tez klassik musiqi konsertlərinə gəlir.

Qeyd edək ki, bir sıra ifaları YouTub kanalında da yerləşdirilmiş Rusiya prezidentinin sevimli xobbilərindən biri musiqidir. O hələ 2010-cu ildə Milli Tədqiqat Nüvə Universitetinin tələbələri qarşısında "Hardan başlayır vətən” mahnısını royalda çalıb oxuyarkən tələbələr də xorla ona dəstək vermişdilər.