Tovuzda qəza: Yaralı var
Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Başqa bir minik avtomobili ilə toqquşan "Mersedes” markalı minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Arif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA
Digər Xəbərlər
19 Aprel 2024 18:04