adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Sentyabr 2017 15:52
14180
DÜNYA
A- A+

Bu neft ölkəsində benzin qıtlığı yarandı

Venesuelada benzin qıtlığı yaranıb.

Adalet.az xəbər verir ki, artıq ölkənin benzindoldurma məntəqələrində böyük növbələr yaranıb. Əsas aktivlik paytaxt Karakasda müşahidə edilir. Venesuela mətbuatı benzin çatışmazlığının ölkənin qida sənayesində də, tezliklə, özünü göstərəcəyini bildirib.

Ölkənin bəzi ştatlarında hətta benzinlə bağlı artıq müəyyən qadağalar da tətbiq edilib. Belə ki, Merida ştatında insanların 30 litrdən artıq benzin alması qadağandır. Santa Barbara del Sulia şəhərində isə fermerlər və ictimai nəqliyyatdan başqa heç kimə benzin satılmır.

Qeyd edək ki, Venesuela dünyanın ən çox neft ehtiyatlarına sahib ölkələrindən biridir. Neft qiymətlərinin kəskin düşməsi və Amerika sanksiyaları bu ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Ölkədə inflyasiya həddən artıq yüksəlib, üstəlik maliyyə çatışmazlığı bəzi neft müəssisələrinin fəaliyyətini dayandırmasına səbəb olub.