adalet.az header logo
  • Bakı 20°C
23 Sentyabr 2017 12:17
24691
KRİMİNAL
A- A+

Bakıda şirkətdən 266 min manat oğurlandı

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumta görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Xətai rayonu ərazisində yerləşən bir şirkətdən ümumilikdə 265.800 manat və 150 avro oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.