adalet.az header logo
  • Bakı 17°C
23 Sentyabr 2017 10:19
4847
HADİSƏ
A- A+

Tovuzda 2 yaşlı uşaq qaynar suda yanıb

Tovuz rayonunda 2 yaşlı uşaq qaynar suda yanıb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov İlham Maksim oğlu evdə oynayarkən ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.

Uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(Trend)