adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Sentyabr 2017 17:56
24217
DÜNYA
A- A+

Türkiyə Suriya ilə sərhəd divarının inşasını başa çatdırır

Türkiyə-Suriya sərhədində divarın tikintisi sentyabrın sonunda başa çatacaq.

Adalet.az-ın məlumatına görə, divarın ümumi uzunluğu 828 kilometr təşkil edəcək. Divarın hündürlüyü 3 metr, eni isə 2 metrə bərabərdir.

Xatırladaq ki, sərhəd boyunca divarın tikintisinə 2015-ci ildə başlanılıb. Bundan başqa sərhəddə təhlükəsizlik məqsədilə digər tədbirlər də görülüb - nəzarət qüllələri ucaldılıb, əlavə heyət cəlb olunub.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin uzunluğu 911 kilometrdir.