adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Sentyabr 2017 16:11
9876
SİYASƏT
A- A+

AL, BU DA SƏNƏ AVROPANIN İNSAN HAQLARI

Fransada uydurma erməni soyqırımına etiraz edənləri 40 avro cərimələyirlər, hələ 1 il həbs də var. Nə bilim, Belçikada da onun kimi, terrorçuları barındırırlar, nəinki barındırırlar, hətta ofis də verirlər, lazım gələndə silah da. Türkiyənin nazirlərini ölkəyə buraxmırlar, cümhurbaşkanına öz həmvətənləri ilə toplantı keçirməyə icazə vermirlər və sair və ilaxır.

Başlarına bomba tökdükləri, evlərini-eşiklərini yandırdıqları insanlar Avropaya üz tutanda da yığırlar «konslagerlərə». 1 milyondan çox insan öz yurdundan-yuvasından didərgin düşür, öz vətənində qaçqın kimi yaşayır, «insan haqları» deyib bağıran Avropa susur. Belə misalları çox çəkib yormaq istəmirəm, onsuz da bilirsiz.

Azərbaycanda 4 nəfər həbs olunarkən saqqalları qırxılıb, üz tutublar Avropa məhkəməsinə ki, bizim hüququmuzu tapdalayırlar. Yəqin ki, Avropa məhkəməsi də «Azərbaycanda insan haqları pozulur» deyə sinəsini cıraq, hələ bir bizi cərimələyəcək də.

Bu gün oxuyuram ki, Avstriya da bir qanun qəbul edib, hicab taxanları cəzalandıracaq. İlkin cəza 150 avro.

Al, bu da sənə Avropa demokratiyası, Avropa insan haqları.