adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Sentyabr 2017 14:27
24209
MARAQLI
A- A+

Bakı sakinlərinin mənzil alarkən köhnə və yeni tikililər arasındakı seçimi

Bakı əhlinin aktual müzakirə mövzularından biri mənzildir. Mənzil sahibi olmaq əksər şəhər sakinlərinin arzusudur. Bəs görəsən paytaxt əhli hansı mənzillərə üstünlük verir – Sovet dönəmində tikilmiş yoxsa son illərdə inşa olunmuşyeni tikililərə ?

"ACT Azərbaycan” 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Fikrini öyrəndiyimiz Bakı sakinlərinin yarıdan çoxu yeni tikililərə üstünlük verdiyini bildirib (53 %). Sovet dönəminin tikililərinə maraq nisbətən azdır (34 %).

Bəs hündür mərtəbəli binaları respondentlər üçün cəlbedici edən amillər hansılardır ?

  1. Yeni tikililəri sevdirən əsas səbəb onların geniş əraziyə malik olmalarıdır. Hündür mərtəbəli binaları seçənlərin yarıdan çoxu onları məhz bu səbəbdən seçdiklərini bildiriblər (65 %).

  1. "Novostroyka”nı sevdirən ikinci amil bu binaların strukturunun, həmçinin, kommunikasiya və təchizat sistemlərinin yeni qurulmasıdır (32 %).

  1. Yeni tikililərin gözəl xarici görünüşə malik olmaları mənzil seçiminə təsir edən amillər arasında ilk üçlükdədir (30 %).

  1. Yeni tikililəri bəyənənlərin beşdə biri onları sıfırdan dizayn etmə və ya planlaşdırma özəlliklərinə görə bəyəndiklərini bildirirlər (19 %).

  1. Hündür mərtəbəli binaları sovet dönəminin tikililərindən daha təmiz sayanlar da bu sorğuda ön sıralarda yer alıblar (13 %).

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.