AQİL ABBAS: HƏRDƏN AFFA VƏ PFL-ə YAZIĞIM GƏLİR

AQİL ABBAS
65669 | 2017-09-24 13:15

AFFA və PFL çox tənqid olunur. Mən də hərdən bir butəşkilatların ünvanlarına tikanlı sözləratıram. Təbii, nöqsanı demək lazımdır ki, düzəltsinlər.

Ammahərdən AFFA-ya da, PFL-ə də yazığım gəlir.

Özkomandalarının arxasından qaçan sponsorlar,öz klubunu yan buraxıb gedib Fransada komandaalanlar, futbol adına banklardan milyonlarlakredit götürüb aradan çıxanlar, komandalarınıyarı yolda buraxanlar qalıb qıraqda, düşmüşük AFFA ilə PFL-in üstünə.

«Azal»kimi komanda necə oldu? Sponsor komandanıniyə başlı-başına buraxdı? Bir-iki dəfə yazmışam, yenə də yazıram. Balam, day AZAL-ıntəyyarələri uçmur? Hörmətli Cahangir Əsgərov,komandanı saxlaya bilməyəcəkdinizsə, niyəyaradıb sonra da gül kimi futbolçuları ortadaqoydunuz?

Zaqatalanıngül kimi «Simurq» komandası necə oldu? Bu komandanın pullarını kimlər yedi?

«İnter»Azərbaycan futboluna çox töhfələr verib.Komanda bu gün də gözəl oyun nümayiş etdirir. «Qarabağ»la, «Qəbələ» ilə döşləşməkgücündədi. Amma belə getsə, deyəsən, «İnter»də «Azal»ın, «Simurq»un, «Xəzər-Lənkəran»ın, «Bakı»nın, «Bakılı»nın, «Karvan»ın,«Araz MTK»-nın… birdi, ikidi… taleyini yaşayacaq. Çempionatımızda komandaların sayı7-yə düşəcək.

«Neftçi»haqqında heç nə demirəm, buğda yeyib behiştdən çıxıb. Tərlan Əhmədov gərək Allahın bacısı oğlu ola ki komandanı qırxarşın quyunun dibindən çıxara.

Vəhamımız düşürük AFFA ilə PFL-in üstünə ki, sponsorlar aradan çıxmış komandaları saxlasın.Ağdamlılar demiş, nəynən, Alış? Xəzinəüstə oturublar? Onların müəyyən qədər büdcələri var, o büdcə ilə də imkanlarıdaxilində komandalara kömək edirlər, onlarıdüşdükləri vəziyyətdən çıxarmağa çalışırlar.

«İnter»neçə ay idi maaş verə bilmirdi, hətta deyirdilər ki, «Zirə» ilə oyuna çıxa bilməyəcəyik.Bu gün oxudum ki, şükürlər olsun, iyul və avqust aylarının maaşları ödənilməyə başlanılıb. Amma bu maaşları kim ödəyib, bu barədə məlumatverilməyib.

Çoxgüman ki, yenə yük AFFA-nın, ya da PFL-inüzərinə düşüb.

Əzizqələm dostları, bu komandaları bu günə qoyanları axtarıb tapmaq lazımdı, onlarınyaxasından tutmaq lazımdı.

Sonda.Deməli, bir «Şuşa» komandası yaratdılar,Beynəlxalq Mətbuat Mərkəzində də təqdimat mərasimi keçirildi. Hamını dəvət etmişdilər,eləcə də idmanla münasibəti olan millət vəkillərini. Moskvadan da iş adamları gəlmişdilər.Prezidenti, vitse-prezidenti seçildi, «Şuşa» komandası üçün yaxa döyənlərin biribir qəpik. «Vətən, Millət, Sakariya» haykırtısından Mətbuat Mərkəzinin tavanı az qalmışdı uça, yaxşı qurtardıq. Müxtəlif pozalarda şəkillər, təqdimat mərasiminin televiziya kanallarında nümayişi, komanda rəhbərlərinin həm televiziyada, həm də qəzetlərdə müsahibələri.Bir sözlə, dartma, yaxam cırıldı.

Bəndənizdə həmin tədbirdəydi. Sağ olsunlar, söz də verdilər. Çıxış edəndə dedim ki, bu komandayaşamayacaq. Və komandanın yaşam yollarını da göstərdim.

Komandabirinci divizyona qəbul edildi və komandanın təcrübəli məşqçisi Nadir müəllim dəəməlli-başlı bir kollektiv yaratdı və «Şuşa» çempionatda uğurla çıxış etməyə başladı.

Ammadediyim kimi də oldu. Komandanın döşünə döyən rəhbərləri Nadir müəllimi meydanda tək qoyub aradan çıxdılar. Klubqaldı PFL-in ümidinə. PFL də klubu saxlamaq üçün çox çalışdı, hər ay kluba müəyyən qədər (heç olmasafutbolçular maaş ala bilsinlər) maliyyə yardımıedirdi. Amma hara qədər? Yuxarıda qeyd etdiyim kimi, PFL xəzinə üstə oturmayıb ha?!Heyf Nadir müəllimin zəhmətindən, heyf PFL-in bu komandaya xərclədiyi pullardan.

Bir də heyf «Bakı»komandası üçün tikilmiş o gözəl bazaya, o gözəl stadiona xərclənən pullara ki, həmbaza, həm də stadion ağzı günə qalıb, şəkillərini Qol.az-da gördüm ürəyim ağrıdı.

Azərbaycan futbolununanasını ağladanların, futbolsevərlərin ürəkləriniağrıdanların isə ürəkləri heç ağrımır.

Olanfutbola və bizlərə olur.


TƏQVİM / ARXİV