adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Gonbul qadının altında qalmağım... - METRO ƏHVALATLARI

OĞUZ AYVAZ
39454 | 2017-09-22 12:30

Hər gün metroda qeyri-adi hadisələrlə qarşılaşıram. Gəlin, əvvəldənbaşlayaq. Yolum Həzi Aslanov metro stansiyasından başlayır. İki platformamızvar: İçərişəhər və Dərnəgül. Dəfələrlə şahidi olmuşam ki, İçərişəhər tərəfəgedən adamlar müasir, mədəni, mülayimdirlər. Dərnəgül istiqamətə gedənlər isənimdaş geyimli, tər qoxulu, əlində zənbil olan gonbul qadınlar, əli təsbehliqaqalardır. Təəssüf ki, mən ikincilərlə bir yerdə vaqonda gedir, min birəziyyətlə, sanki dağları yarıb işə çatıram. Bu yolçuluq əsnasında unikal,cansıxıcı, ironiya dolu əhvalatlarla qarşılaşıram...

Vaqonda oturub, insanları seyr edirdim. Başımın üstündə pudralı qızlarqımışa-qımışa söhbət edirdilər. Mən də heç birinə yer vermədən qulaqcığımdaEldar Mansurovun bəstələrini dinləyib xatirələri yad edirdim. Qatar dayandı. İçəriyaşlı, ağsaçlı bir qadın keçdi. Vaqonun o başına kimi gedərkən, yerimdənqalxdım ki, xalaya yer verim. Boş qalmış yerimə xalanı buyur edərkən gözləriməinana bilmədim. Pudralı qızlardan biri boş yerimi zəbt etmiş, üstəlik dəqulaqcıqda xəyallara tilov atmışdı. Qıza müraciət etdim ki, yerimdən dursun. Oisə mənə fikir vermirdi. Bəlkə də ona "padxod" elədiyimi zənn edirdi.Səbrim çatmadı, qulaqcığını çıxardıb, dilləndim:

- Yerimi sizə verməmişdim

- Necə?

- Xahiş edirəm yerimdən qalxın, xalaya yerimi vermişəm

- Aaa.

Başımı qaldırıb gördüm ki, metro sakinləri gözlərini mənə zilləyib elə biltamaşaya baxırlar. Qadın dönə-dönə təşəkkür edib əyləşdi. Məsum baxışları ilədə məni süzdü. Pudralı qız isə yol boyu mənə sifət elədi.

Başqa bir əhvalatı danışım. Doyunca gülün. Qatar qəfil dayanarkən irizənbilli, cüssəli, gonbul bir qadın üstümə yıxıldı. Təsəvvür edin, xalanınaltında qalıram. Yıxıldığı yerdə üzrxahlıq eləməyə başlayır:

- Ay bala, sən Allah, bağışla!

Mən də altda qala-qaladillənirəm:

- Olan şeydi...

- Vallah bala, bilmədən oldu.

- Eybi yoxdur, oldu oldu da...

- Ay bala...

Bu yerdə xalanın sözünü kəsib,hıqqana-hıqqana dilə gəlirəm:

- Ay xala, duraq ayaq üstədanışaq da...

Bu əhvalatlar Dərnəgülistiqamətə gedən qatarda baş tutub. Basabasdan hələ danışmıram. Yəqin ki, bubasabasla bağlı camaatımızda gülməli hadisələr daha çoxdur. İçərişəhərqatarında isə yadıma gəlmir ki, narahat, ağır yol gedim.

Dərnəgül qatarı əslində həyatındibini, çətinliyini, adamların isə içindəki xiffəti göstərir. Vaqonlarda boşluqolan kimi adamlar yer uğrunda amansız mübarizə aparırlar. Gonbul qadınlar sumogüləşinə çıxır, qoca kişilər yerə yıxılıb əsalarını axtarır, təsbehli qaqalarqızlara söz atır, uşaqlar qucaqlarda ağlayırlar... Belə olan hallarda xəyalənmilçəyə çevrilib adamların qulaqlarını dişləyir, vızıltılı səsimlə onlarıincitməyə çalışıram. Bir də görürəm ki, kiminsə boynunda meyitim sərilib,milçək kimi də metroda rahat ola bilmirəm.

Bəzən yuxularımda görürəm ki,qatarın içində yatıb qalmışam, üstümü də kimsə örtüb. Gözümü açıram, hər yertoranlıq görünür. Bu an yuxudan oyanıram, gözlərimə inana bilmirəm, hər yertoranlıq, üstümdə də ədyal. Ayaqlanıb gözümü ovuşdururam. Ürəyim yerinə düşür ki, evdəyəm.

TƏQVİM / ARXİV