Azərbaycanlı “qanuni oğru”lara qarşı əməliyyat - 27 nəfər tutuldu
Ukrayna polisi Kirovoqrad vilayətində yerləşən "Şaşlıçnıy” kafesində kriminal avtoritetlərə qarşı əməliyyat keçirib.
Adalet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında azərbaycanlı "qanuni oğru”lar da var.
Ümumilikdə, əməliyyat nəticəsində Ukraynanın mərkəzi regionları – Kirovoqrad, Dnepropetrovsk və Nikolayevsk vilayətlərindən olan 27 kriminal avtoritet saxlanılıb.
KİV saxlanılan şəxslər arasında Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və digərlərinin azərbaycanlı olduğunu açıqlayıb.
Görüşdə tərəflər arasında təsir sahələrinin bölünməsi ilə bağlı müzakirələrin aparıldığı deyilir. Saxlanılan şəxslərdən iki avtomat, qumbara da daxil olmaqla bir neçə odlu silah müsadirə olunub.(azvision)
Digər Xəbərlər
18 Aprel 2024 18:19
Bakıda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana götürüldü - VİDEO
18 Aprel 2024 14:21Zəngilanda silah-sursat aşkarlandı
18 Aprel 2024 09:22Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
17 Aprel 2024 19:41İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Aprel 2024 09:43