adalet.az header logo
  • Bakı 17°C
21 Sentyabr 2017 17:43
8028
MƏMLƏKƏT
A- A+

Yevlaxda top mərmisi aşkarlanıb

Sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Yevlax şəhərində Yun zavodunun yaxınlığında partlamamış mərminin aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-dan Adalet.az-a bildiriblər ki, məlumata əsasən, agentliyin mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkarlanan 115 millimetrlik top mərmisi (BM-3) götürülüb. Mərmi zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin aşkarlandığı ərazinin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1-dən sentyabrın 21-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 13 otlaq sahəsinə, 13 əkin sahəsinə və digər ərazilərə, o cümlədən 169 ev və həyətyanı sahəyə baxış keçirilib. Baxış nəticəsində 6812 partlamamış hərbi sursat, tank əleyhinə 199, piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib, 4 milyon 716 min 217 kvadratmetr ərazi yoxlanılıb.