adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Sentyabr 2017 14:42
21416
MARAQLI
A- A+

CƏNNƏTDƏ DƏ KÖHNƏ ARVADLARI BİZƏ SIRIYACAQLAR

Hamı fikirləşirdi ki, gedəcək cənnətə, hurilərlə kef edəcək. Bütün müsəlmanlar bu ümidlə yaşayırdı. Türkiyənin məşhur ilahiyyat professoru Nihat Hatipoğlu baltanı kökündən vurdu.

Hatipoğlu bilidirib ki, cənnətdə də evlənə biləcəksiniz. Amma bu dünyadakı arvadlarınızı alacaqsınız. Amma müsəlmanların könlünü açmaq üçün onu da deyib ki, yaraşıqlı olacaqlar.

İqdırda bir hoca var. Bütün iqdırlılar onun əlindən öpür, hamının müəllimi olub. Bir gün cümə namazına gedibmiş. İmam deyir:

- Hocam, hər dəfə namaza oturanda Allaha yalvarıram ki, cənnətdə qadınla bir yerdə olasan.

Hoca istehza ilə gülür və deyir:

- Rəhmətliyin oğlu, yetmiş ildə bir günah etməmişəm, ürəyim Allahımla düz olub. Bəlkə minlərlə adamı Allah yoluna qaytarmışam ki, gedim cənnətdə hurilərlə kef eliyim? Sən də o qartımış arvadı mənə niyə sırıyırsan?!

Nihat Hatipoğlu cənnətdəki huriləri də əlimizdən aldı.